Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İşığı kəsib həkimin evdən çıxmasını gözləyiblər - Qətlin təfərrüatı

Tarix: 26-07-2024 23:17     Baxış: 390 A- / A+
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü R.M-nin hərəsi 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə cinayətkar qruplaşmanın şöbə müdirini hansı üsulla öldürdükləri də məlum olub. 

Bəlli olub ki, qruplaşma əvvəlcə Bəyaz Cabbarovun evinin önünə gələrək elektrik sayğacına müdaxilə ediblər. Elektrik verilişinin kəsildiyini görən həkim evin önünə çıxıb və bu zaman Fəxrid Allahverdiyevlə R.M ona qarşı zorakılıq ediblər. Daha sonra Bəyaz Cabbarovu zorakı üsulla evə aparan qruplaşma üzvləri, onu döşəmənin üstünə yıxıblar. Cinayətkarlar şöbə müdirindən evdə olan pulların yerini soruşublar. Həkim isə yalnız üzərində pul olduğunu, bunu onlara verə biləcəyini deyib.

Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra, quldurlar onu xüsusi amansızlıqla qətlə yetiriblər. Həkimə ümumilikdə 17 bıçaq zərbəsi endirilib.

Qeyd edək ki, cinayətkar qruplaşma həkim evində 40-50 min manat pul olduğunu ehtimal ediblər.

Onu da əlavə edək ki, həkimi qətlə yetirənlər hadisədən sonra kameraya düşmüşdü. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar