Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Tarix: 20-07-2024 08:59     Baxış: 377 A- / A+

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, yeniyetmə Həsrət Rəcəbovanı qətlə yetirən 1996-cı il təvəllüdlü nişanlısı Murad Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsinə gəlincə, bu, 2022-ci ilin oktyabrında baş verib. Muradın cinayət törətməsinə səbəb isə, Həsrətin nişanı qaytarmaq istəyi olub.

Məlum olub ki, H.Rəcəbova 14 yaşında olarkən qohumu Muradla nişanlanıb. Bu təşəbbüs ailələrin olub. Şahid ifadələrinə görə, nişandan sonra qarşı tərəfin istəyi ilə 7-ci sinifdə oxuyan Həsrət təhsilini dayandırıb və bundan sonra məktəbə getməyib.

Məhkəmədə məlum olub ki, məktəbin təlim-tərbiyə işləri üzrə müavini Həsrətin nəyə görə məktəbə gəlməməsi ilə bağlı maraqlanıb. Yeniyetmənin anası isə cavab olaraq "Xahiş edirəm ki, qızım nişanlı olduğu və nişanlısı məktəbə getməyi qadağan etdiyi üçün onun məktəbdən azad edilməsinə köməklik göstərəsiniz" - məzmunlu ərizə yazıb. Bu ərizə əsasında da Həsrət məktəbdən xaric edilib.

Qızın anasının sözlərinə görə, Həsrətin nişanı qaytarmaq istəməsinin səbəbi Muradın onu çox sıxması olub. İfadəyə görə, nişanlısı Həsrətə hətta toya belə getməyə icazə verməyib:

"Həsrət Murad tərəfindən alınmış mobil telefondan və içində olan SIM-kartdan istifadə edirdi. Hadisədən təxminən bir ay əvvəl Murad evə gəlib Həsrətdən ona verdiyi telefonu istədi, Həsrət də həmin telefonu gətirib onun qabağına atdı. Murad telefona başqa nömrə salıb ona qaytardı. Muraddan nə olduğunu soruşanda o, Həsrətə sinif yoldaşları və rəfiqələri ilə danışmağı qadağan etməsinə baxmayaraq, onun sözünə baxmadığına görə nömrəni dəyişdiyini dedi. Bu hadisədən sonra Həsrət onunla ailə qurmaq fikrindən döndü".

Növbəti günlərdə isə anası ev işləri görmədiyini iddia edərək telefonu Həsrətin əlindən alıb. Qarşı tərəf isə bunun səbəbini öyrənmək üçün onlara gedib. Bu zaman Həsrət bir daha Muradın valideynlərinə nişanı qaytarmaq istədiyini deyib.

Hadisədən bir gün sonra isə Murad Həsrətgilə gedərək həyətdə olan anasına qızıyla barışmaq üçün gəldiyini deyib və evə girib. Bu zaman Murad nişanlısına dörd bıçaq zərbəsi yetirərək onu öldürüb. qafqazinfo 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar