Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərinə xəyanət edən qadın qonşusu ilə tutuldu - Bir qətlin TARİXÇƏSİ

Tarix: 19-07-2024 23:37     Baxış: 396 A- / A+
Qonşusu ilə görüşən gəlinin xəyanətinin qurbanı qayınata olub.

Belə ki, Bəşir Azadov (şərti ad və soyad) həyat yoldaşının ölümündən sonra şəhərdəki evini satıb, Bakıətrafı qəsəbələrdən birində bağ evi alıb. Oğlu ailə qurduqdan bir müddət sonra Rusiyaya işləməyə getdiyi üçün orada gəlininin yanında qalıb. Qonşular Bəşiri ailəcanlı, əxlaqlı və sakit insan kimi təsvir ediblər.

Bəşir işdə olduğu müddətdə onda belə şübhələr yaranmışdı ki, qonşusu Nail evlərinə heç də xoş niyyətlə gəlmir. Amma onlar ailəvi dost olduğu üçün Nail bu evə tez-tez gəlib-gedirdi.

Fəridə ilə Nail dəniz sahilində görüşürlər. Hər ikisi xoşbəxtlikdən uçur, sanki heç bir pis iş görmədiklərini düşünürlər.

Onlar dənizkənarında olarkən Nail Fəridəyə həyat yoldaşını unutmasını, onunla boşanmasını, birlikdə yaşamalarını söyləyir. Fəridə isə bildirir ki, buna qayınatası razı olmayacaq. Bu zaman Nail bir az düşünərək Bəşirlə bağlı başqa planının olduğunu deyir.

Fəridə həmin gün evə Bəşirdən daha tez gəlir, paltarını dəyişir və heç nə olmamış kimi davranır. Bəşir isə sanki nəsə hiss edirmiş kimi onu kənardan izləyir.

O, yataq otağına gedib Nail ilə telefonla danışır. Bu gün onun dediyi təklif barədə düşünəcəyini deyir.

Bəşir həmin gecə yatmır və pis fikirləri ağlından qovmağa çalışır.

Növbəti gün Fəridə Nail ilə görüşdən qayıdanda Bəşirin evə tez gəldiyini görür. Fəridəni saxlayıb ona sözü olduğunu deyir.

Fəridədən haradan gəldiyini soruşanda o özünü itirmədən qonşu ilə söhbət etdiyini bildirir. Bəşir onun üstünə qışqıraraq, "Mən namuslu adamam, namusuma xələl gəlməsinə yol vermərəm, bir də məndən icazəsiz heç kimlə danışma" deyir

Daha sonra fikrini dağıtmaq üçün qəsəbədə gəzintiyə çıxır. Bu vaxt Nail fürsətdən istifadə edərək onun evinə gəlir və Fəridə ilə söhbət edir.

Bu zaman Bəşir evə daxil olur, gəlini Fəridə ilə qonşusu Naili normaldan daha yaxın görür.

Bu vaxt onların arasında mübahisə yaranır. Bəşir Naili itələyir, Nail isə həyətdə olan küt alətlə Bəşirə ard-arda həm baş, həm də bədən nahiyəsindən xəsarətlər yetirir.
Aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən Bəşir elə yerindəcə həyatını itirir.

Nail Vəliyev (şərti ad və soyad) isə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilir.

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar