Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

İki nəfərin qətlindəki DƏHŞƏTLİ FAKT:İzi itirmək üçün evlərinə od vurdu

Tarix: 16-07-2024 21:57     Baxış: 3192 A- / A+
İki nəfərin qətlindəki DƏHŞƏTLİ FAKT: İzi itirmək üçün evlərinə od vurduXaçmaz rayonu Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Rəhman oğlu Ağaxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Rüstəmov çıxış edib.
Prokuror Ramin Rəhman oğlu Ağaxanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cari il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan iki nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ramin Rəhman oğlu Ağaxanov saxlanılaraq istintaqa təhvil verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar