Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəzən polis silahdan ona görə istifadə etmir ki… - Kriminalist

Tarix: 10-07-2024 11:41     Baxış: 5113 A- / A+

Son iki həftə ərzində Bakı şəhərində dörd polis qətlə yetirilib. Bu, ölkədə ciddi narahatlığa səbəb olub.
Polislər cinayətkarlarla bağlı əməliyyata gedəndə hansı hazırlıqları aparmalıdırlar ki, bu cür faciə yaşanmasın?

Manevr.az
xəbər verir ki, kriminalist Şəmsəddin Əliyev globalinfo.az-a açıqlamasında qısa müddət ərzində dörd polisimizin cinayətlə mübarizə zamanı qətlə yetirilməsinin Azərbaycan xalqı üçün üzücü bir xəbər olduğunu bildirib.
Kriminalistin sözlərinə görə, belə halların qarşısını almaq çox çətindir:
"Cinayətkarların saxlanılması anında polislər özlərini qorumadıqları üçün sağlamlıqlarını, bəzən də həyatlarını itirə bilirlər. Son günlər Azərbaycanda baş verən hadisələri daxildə aparılan müharibə adlandıra bilərik. Sadəcə, bu müharibə digərlərindən fərqli olaraq ölkədə sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilir. Belə hallarda isə tam sığortalanmaq mümkün deyil. Əgər cinayətkarı ələ keçirməyə çalışarkən polis əməkdaşları "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunda ehtiva edilən hüquqlara, maddələrə ciddi əməl etsələr, müəyyən mənada ölüm hadisələrinin qarşısını almaq olar".
Kriminalist deyib ki, polis axtarışda olan cinayətkarı həbs etmək üçün gedəndə mütləq silahlanmalıdır:
"Hadisəni törədən şəxslər dəfələrlə məhkumluq həyatı yaşamış cinayətkarlardır. Ona görə də mərhum polisimiz cinayətkarın olduğu yerə tək deyil, ilk növbədə dəstə şəkilində gəlməli idi. Bundan başqa, polisin üzərində qandaldan tutmuş odlu silaha qədər, olmalıdır. Həmin an onlara silahdan istifadə etməsi üçün imkan yaranır. Qanunlar da buna icazə verir. Keçmiş polis əməkdaşı kimi onu deyə bilərəm ki, onlara təlimat düzgün verilməli, axtarışda olan vətəndaşın yaxalanması üçün necə yanaşmaq, nə etmək lazım olduğu, qrupda olan hər bir nəfərin vəzifəsi, kimliyi dəqiq müəyyən olunmalı idi. Hətta burada hansı hallarda silahdan istifadə edə bilmək məsələsinə qədər təlimat olmalıdır. Polis və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunda odlu silahdan istifadə etmək qaydaları var. Bu gün polislərin tələblərinə tabe olmama hərəkətləri adi hala çevrilib. İstər Dövlət Yol Polisi əməkdaşlarının tələblərinə, istərsə də ərazidə vətəndaşın təhlükəsizliyini təmin edən polislərin. Bunun üçün qanunvericilikdə dəyişiklik etməyə dəyər. Bəzən polis silahdan ona görə istifadə etmir ki, birdən sonrakı araşdırmalar onun əleyhinə olar".




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar