Xəbər lenti
23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi - Hakim “yox” dedi
23 il əvvəl ağır cinayətlərdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Emin və İlham Baqqayev qardaşları azadlığa çıxmaq istəyirlər.
Manevr.az-ın məlumatına görə, Baqqayev qardaşları ərizələrində çəkdikləri cəzanın yetərli hesab edilməsini, ömürlük həbsin müddətli cəza ilə əvəz edilərək azadlığa buraxılmalarını xahiş ediblər.
Qaradağ Rayon Məhkəməsi onların xahişini qəbul etməyib. Hakim qardaşların həbslərinin davamına qərar verib.
Qeyd edək ki, Baqqayev qardaşlarının iştirak etdiyi hadisə 2001-ci ildə Zaqatala rayonunda baş verib. Onlar digərləri ilə əlbir olaraq polisə və hərbi hissəyə hücum edib, Şeyx Şamillin büstünü partladıblar.
3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət və şəxsi mülkiyyətin məhv edilməsinə görə cinayətkar dəstənin rəhbərlərindən olan Emin və İlham Baqqayev qardaşları və Emin Mollayev ömürlük, digərləri 15 ilə kimi azadlıqdan məhrum ediliblər.
Bundan başqa, hadisədə iştirak etdikləri üçün 16 nəfər axtarışa verilib."qafqazinfo”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar