Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Generalın "qara qutu"su sayılan polkovnikin oğlu həbs olundu

Tarix: 13-06-2024 17:20     Baxış: 3180 A- / A+

Quru Qoşunlarının sabiq komandanı, general-leytenant Ənvər Əfəndiyevin "qara qutusu" kimi tanınan Quru Qoşunlarının sabiq inspeksiya rəisi, polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovla bağlı qərar verilib.
Manevr.az bizim.media-ya istinadla xəbər verir ki, sözügedən işə Bakı Hərbi Məhkəməsində baxılıb.
Belə ki, Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək müxtəlif hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verdiyinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmənin qərarı ilə Rəşid Saleh oğlu Kələntərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 178.2.3 maddələri ilə təqsirli bilinərək məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Rəşid Kələntərov 288 nömrəli hərbi hissənin zabiti olub.
Xatırladaq ki, Saleh Kələntərov ötən ilin yayında, Ənvər Əfəndiyev isə bu ilin yanvarında tutduqları vəzifələrdən azad olunublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar