Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının oğlunu qətlə yetirənlər Avropa Məhkəməsində qalib gəldilər - SENSASİYA

Tarix: 07-06-2024 10:25     Baxış: 4207 A- / A+

Avropa İnsan Hüquqları Məhkəməsi Qobustan həbsxanasının məhbusu Vüqar Əliyevin şikayətini təmin edib. Bu barədə məhkəmənin saytında bildirilir.
Əliyev 2003-cü ildə Şəmkir rayonunun o vaxtkı icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Qətl onun nişanlısı Lamiyə Quliyevanın qisasını almaq məqsədilə törədilib.
Quliyeva da 15,5 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2015-ci ildə vaxtından əvvəl azaldığa buraxılıb.
2021-ci ildə Əliyevin ömürlük həbs cəzası 25 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. O, Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusunu mübahisələndirmişdi.
Avropa İnsan Hüquqları Məhkəməsi bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib və hesab edib ki, məhkəmə dinləmələrinin açıqlığı prinsipi pozulub, habelə, cinayət prosesi həddindən artıq uzun davam edib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 5500 avro kompensasiya ödənilməlidir.
Bu gün Strasburq məhkəməsi Əliyevin işi ilə yanaşı, Azərbaycandan 13 ərizə üzrə 7 qərarı elan edib və hökumətin 80 min avro kompensasiya ödəməsini qərara alıb. Bəzi işlər üzrə tərəflər dostca anlaşıblar./turan.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar