Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qızının nişanı qayıtdığı üçün arvadının boğazını kəsdi - Dəhşətli cinayətin detalları - Şəkillər

Tarix: 23-05-2024 22:06     Baxış: 4178 A- / A+
Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işi üzrə ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror Elvin Mirzəyev təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

Zaman Zeynalov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilib. O, məhkəmədə ifadə verərkən bildirib ki, həyat yoldaşı Pərvanə Zeynalovanı Qobustan qəsəbəsində bıçaqla qətlə yetirib.

Səbəb isə hər dəfə aralarında yaranan mübahisə zamanı həyat yoldaşının mütəmadi polisə şikayət etməsi və onun ünvanına təhqiramiz ifadələr işlətməsi olub.

Sonuncu mübahisə zamanı isə həyat yoldaşının ona "sən nə kişisən?" ifadəsini işlətməsi Zaman Zeynalovu özündən çıxarıb.

Qeyd edək ki, Zaman Zeynalov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkum olunub. Ər-arvad arasında son vaxtlar yaranan mübahisələrin əsas səbəbi isə onların yenicə nişanı qayıtmış qızları ilə bağlı söz-söhbətlər olub. Zaman Zeynalov qızının nişanı qayıtmasına görə Pərvanə Zeynalovanı günahlandırıb.

Beləliklə, 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı 50 yaşlı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Zaman Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. bakupost.az

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar