Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Yeddi yaşlı uşağı öldürən məşqçi ilə bağlı hökm dəyişib?

Tarix: 22-05-2024 17:23     Baxış: 4139 A- / A+
Yeddi yaşlı uşağı öldürən məşqçi ilə bağlı hökm dəyişib?
Yeddi yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən idmançı Mehman Xəlilovun şikayətinə baxılıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda idmançının vəkili müvəkkilinə verilmiş ittihamın dəyişdirilməsini, sanksiya həddində yüngül cəza təyin edilməsini istəyib.
Məlumat üçün deyək ki, idmançı azyaşlını qəsdən öldürmədiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyir. Xəlilov son sözündə də hadisədən dərin peşmançılıq hissi keçirdiyini etiraf edib, özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bildiyini deyib.
İstintaq materiallarında qeyd olunub ki, təqsirləndirilən idmançının zərərçəkmiş Fəridin anası ilə yaxın münasibəti olub. Fəridin anasının hərəkətlərindən əsəbiləşən Mehman onu qisas almaq məqsədi ilə öldürüb. Mehman özü isə məhkəmədə bunları təkzib edib, hadisəni ehtiyatsızlıqdan yaranan bədbəxt hadisə adlandırıb.
Şikayəti Məhəmmədəli Rzayevin sədrlik etdiyi hakimlər heyəti araşdırıb.
Yuxarı instansiya məhkəməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündə qanun pozuntusu aşkar etməyib.
Qərara əsasən, M.Xəlilovun 19 il azadlıqdan məhrumetmə cəzası olduğu kimi qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə Sumqayıt şəhərində yerləşən 19 nömrəli məktəbin idman zalında baş verib. Cinayətin baş vermə anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, Mehman Xəlilov məşqdə zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.
M.Xəlilova əvvəl Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. İstintaqın gedişində onun əməli eyni məcəllənin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar