Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

30 il sonra alınan İNTİQAM: “Azərsu” əməkdaşı QƏTLƏ YETİRİLİB

Tarix: 15-05-2024 08:57     Baxış: 4267 A- / A+

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bayram Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Azad Məcidovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 47 yaşlı B.Abbasov 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin dekabrında Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. B.Abbasov münaqişə zəminində böyük qardaşı Vasif Abbasovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Müttəhimin və şahidlərin sözlərinə görə, hadisə baş verən gün Vasif qardaşını yaşadıqları evdən çıxararaq həmin evi öz mülkiyyətinə keçirmək istəyib. Bildirilib ki, əvvəllər də əmlak üstündə iki qardaş arasında ciddi mübahisələr olub. Sonuncu dəfə qeydə alınan mübahisə Bayramın böyük qardaşını öldürməsi ilə nəticələnib.

Evin kiçik qardaşının ifadəsindən məlum olub ki, öldürülən V.Abbasov 30 il əvvəl qardaşını - təqsirləndirilən şəxsi bıçaqladığı üçün həbs olunubmuş. Buna görə, onlar arasında müxtəlif mövzularda daim ədavət yaşanıb. 

Qeyd edək ki, V.Abbasov “Azərsu” sukanal idarəsində çilingər vəzifəsində işləyib. qafqazinfo 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar