Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü

Tarix: 14-05-2024 21:26     Baxış: 3250 A- / A+
Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEOKikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə əlavə ekspertiza rəyi açıqlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı keçirilən təkrar ekspertiza rəyinin nəticəsi açıqlanıb.

Ekspertiza rəyində Əfsanə Qalabəylinin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu qeyd edilib.

Xatırladaq ki, ilkin ekspertiza Ə.Qalabəylinin hadisəni anlaqsız vəziyyətdə törətməsi barədə rəy verib. Dövlət ittihamçısı ekspertiza rəyi ilə razılaşmayıb və əlavə tibbi ekspertiza keçirilməsini istəmişdi.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. N.Qalabəyli "Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.

Xatırladaq ki, Əfsanə Qalabəyli ifadəsində həyat yoldaşının ona zülm etdiyini bildirmişdi:

"Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü. Birgə nikahdan üçü oğlan, biri qız olmaqla dörd övladımız var. Hadisə günü də evə adam gətirmişdi. Dedim, bəsdir, ayıbdır. Dedi, "yaxşı edirəm". Dözə bilməyib öldürdüm".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar