Xəbər lenti
Arvadının cəsədini 200 yerə parçaladı - Dəhşətli cinayət
Nikolas Metson 2023-cü ilin martında həyat yoldaşı, 26 yaşlı Holli Bramlini qətlə yetirdiyini etiraf etmişdi. O, arvadına azı dörd bıçaq zərbəsi endirib, daha sonra onun bədənini 200-dən çox parçaya ayırıb.
Nikolas Metson cəsədin parçalarını bir həftə Linkolndakı mənzilinin mətbəxində saxlayıb. Daha sonra onları çaya atmasına kömək etmək üçün dostuna 50 funt sterlinq ödəyib.
“Lincoln Crown Məhkəməsi”ndə Nikolas Metson ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, polis Holli Bramlinin cəsədinin 224-ə yaxın parçasını Vitham çayından tapsa da, lakin ürək kimi bəzi hissələrini tapmaq mümkün olmayıb.
Prokurorlar cütlüyün 2021-ci ildə evləndiyini, lakin Metson qətli törədən zaman ayrılmaq ərəfəsində olduqlarını bildirib. Qatil ərin telefonuna baxış zamanı polislər onun “Google”da “cəsəddən necə qurtulmaq olar”, “arvadım ölsə, sığortadan necə pul ala bilərəm”, “Allah qətli bağışlayarmı” kimi suallara cavab axtardığını aşkarlayıblar. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar