Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Oğlu ilə birləşib bacısını öldürdü - məhkəmələri davam edir

Tarix: 30-08-2016 11:08     Baxış: 2239 A- / A+
Oğlu ilə birləşib bacısını öldürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 69 yaşlı bacısını öldürməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və onun 25 yaşlı oğlu İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu il yanvarın 18-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti tapılıb.

Meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib. Cinayətin Sumqayıt şəhər sakinləri – 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İstintaq Rəfiqə Ağayevanı yanvarın 17-də saat 23 radələrində məişət zəminində mübahisə zamanı qardaşı Şahbaz və onun oğlu İslam Xəlfəyevlərin küt alətlə çoxsaylı xəsarətlər yetirərək öldürdükləri müəyyənləşib.

Şahbaz Xəlfəyev və İslam Xəlfəyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinirlər.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar