Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Rayona getməyə pulum yox idi, şeytan yoldan çıxartdı...”

Tarix: 05-06-2017 17:32     Baxış: 4196 A- / A+
“Rayona getməyə pulum yox idi,


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müəlliminə qarşı quldurluqda təqsirləndirilən Əziz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Manevr.az "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə ilkin baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, Ə.Səmədov 2016-cı il sentyabrın 26-da Yasamal rayonunda yerləşən 173 saylı orta məktəbin qarşısında həmin məktəbin müəllimi, 1952-ci il təvəllüdlü Nazilə Quliyevanın əlindəki çantanı götürüb qaçmaq istəyib. Amma N.Quliyeva müqavimət göstərib. Buna görə də Ə.Səmədov onu vuraraq yerə yıxıb, bundan sonra çantanı götürüb qaça bilib. Çantada Nazilə Quliyevaya məxsus telefon, pul və plastik bank kartı olub. Hadisə nəticəsində sonra N.Quliyevanın hər iki çanaq sümüyü sınıb.

Ə.Səmədov isə Yevlax rayonunda yaşayan bacısının evində tapılaraq həbs edilib.

Təqsirləndirilən Əziz Səmədov isə əməlinin düzgün qiymətləndirilmədiyindən şikayətçi olub: "Mən quldurluq yox, soyğunçuluq etmişəm. Qadını yerə yıxmamışam, sürüməmişəm. Sadəcə çantanı alıb qaçdım, o isə özünü yerə atdı".

Ə.Səmədov rayona qayıtmağa pulu olmadığı üçün bu yola əl atdığını deyib: "Bakıya qohumun yasına gəlmişdim. Evə getməyə pulum yox idi, nə qədər axtardım pul tapa bilmədim. Dayanacaqda dayanmışdım, qadını və çiynindəki çantanı gördüm. Şeytan məni yoldan çıxartdı. Şeytana lənət olsun. Peşmanam".

Zərərçəkən N.Quliyevanın oğlu Anar Quliyev şahid qismində ifadə verərək deyib ki, hadisədən sonra anası yeriyə bilmir.

Ə.Səmədov isə bu əməlinə görə xəcalət çəkdiyini deyib: "Sizdən üzr istəyirəm. Üç övladım var, məni bağışlayın".

Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar