Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada müharibə iştirakçısı keçmiş arvadını boğub öldürdü: Polislər isə qapıda gözlədilər

Tarix: 04-03-2024 23:09     Baxış: 4386 A- / A+

Rusiyanın Çelyabinsk vilayətində müharibə iştirakçısı olan 32 yaşlı Nikita Sidorov pəncərədən keçmiş arvadının mənzilinə girib və onu öldürüb.

Qonşuların dediyinə görə, sərxoş kişi keçmiş arvadını boğduğu əsnada polislər artıq evin qapısının arxasında dayanıblarmış.  

Gecə saatlarında evə gələn kişi qapını döyüb, lakin açan olmayıb. Qonşu onun arvadını hədələdiyin eşidib. “Yaxşı, qapını açmasan, elə həmişəlik də burada qalacaqsan”, - deyə o, arvadına bildirib.

Xilasedicilər hadisə yerinə gəldikləri və qapını sökdükləri zaman isə Sidorovun arvadı artıq ölmüş olub. Qonşuların dediyinə görə, qadının ilk nikahdan 16 yaşlı oğlu, Sidorovdan isə üç yaşlı oğlu qalıb. Həmçinin qeyd edilir ki, kişi müharibədə aldığı yara səbəbindən bir müddət xəstəxanada yatıb.

Hadisə ilə bağlı araşdırma aparılır və polisin davranışlarına ətraflı qiymət veriləcək. Asayiş keşikçilərinin qadını qorumaq üçün bütün vasitələrdən istifadə edib-etmədikləri müəyyən olunacaq. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar