Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada ermənidən dəhşətli qətl: Nigeriyalı iş adamını güllələdi

Tarix: 02-03-2024 08:29     Baxış: 4171 A- / A+
Rusiyanın Krasnodar vilayətində Andronik Qriqoryan adlı erməni nigeriyalı iş adamını güllələyib.

Həmidu Yakubu adlı nigeriyalı iş adamının öldürülmə görüntüləri anbaan kameralara əks olunub. Kadrlarda Andronik Qriqoryanın iş adamını gözlədiyi və ona iki dəfə atəş açdığı görünür.

İlkin ehtimallara görə, Qriqoryan Həmidu Yakubunu borca görə öldürüb. Qriqoryanın ona yeddi milyon rubl borcu olub və borcun müqabilində girov qoyulmuş evini qaytarmaq istəyib.

Məlumata görə, aqrar universiteti bitirərək doktorluq dissertasiyası müdafiə edən Həmidu Yakubu Kalininskaya kəndində buğda və günəbaxan əkini ilə məşğul olub.
Həmçinin Timaşevski yağ zavodunun tədarükçülərindən biri olub. Eyni zamanda bölgədə məşhur “Havana” gecə klubunun və şəhərdəki bir neçə başqa şirkətin sahibi olub.

Bir neçə il əvvəl Qriqoryan Yakubudan və onun biznes ortağından yeddi milyon rubl borc alıb və uzun müddət qaytarmayıb. O zaman öldürülən iş adamı sövdələşmə təklif edib. Qriqoryanın yarımtikili evini öz adına keçirib, sataraq pulunu götürüb, arada qalan fərqi isə qaytarıb. Qriqoryan evini itirəndən sonra Həmidunu təqib edərək onu hədələyib.

Sonunda onun olduğu məkanda çıxmasını gözləyib və of tüfəngi ilə Yakubuya atəş edib. İş adamı təcili yardım gələnə qədər həyatını itirib.

Yaxınlarının dediyinə görə, qatil evini itirdiyi üçün çox kədərlənib və onu qaytarmaq istəyib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar