Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ağcabədidə 20 nəfər saxlanıldı

Tarix: 05-02-2024 09:50     Baxış: 3297 A- / A+
Yanvarda narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Ümumilikdə, 24 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bunlarla yanaşı, keçirilən tədbirlər zamanı qanunsuz silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlardan 2 ədəd "Makarov" markalı tapança, 2 ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.
Daxil olmuş mal-qara oğurluqları ilə bağlı keçirilən əməliyyatlar zamanı isə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların ayrı-ayrı vətəndaşlara məxsus iri və xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə 15 min manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dəymiṣ ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər aparılır.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Manevr.az









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar