Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şəmkirdə kişini "Kalaşnikov"la güllələdilər - təfərrüat

Tarix: 03-02-2024 11:13     Baxış: 4117 A- / A+


Şəmkirdə kişini "Kalaşnikov"la  güllələdilər - YENİLƏNİB
Şəmkirdə baş verən güllələnmənin bəzi təfərrüatları məlum olub.
Manevr.az apa-ya istinadla bildirir ki, güllələn Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Buna görə də Babək Bayramlı və qardaşı Bahəddin intiqam almaq qərərına gəliblər.
Ötən gün axşam saatlarında Bayramlı qardaşları əvvəlcə Zabil Aslanovun idarəetdiyi "KİA" markalı avtomobilə atəş açıb, sonra isə qardaşlardan Babək Bayramlı əlindəki dəmir parçası ilə avtomobilin şüşəsini sındırıb. Bayramlı qardaşlarının avtomobili isə "Passat" markalı minik maşını olub.

***
Saat: 10:10

Şəmkirdə kişi güllələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
"Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar