Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müğənninin qətlə yetirilməsinin detalları məlum oldu

Tarix: 31-01-2024 21:58     Baxış: 592 A- / A+

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi məhkəmənin ilk baxış iclası keçirilib.

Manevr.az 
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti qismən təmin edib.

Daha sonra prokuror Fariz Rzayev ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq həmin telefonun "Whatsapp" proqramında "Ədiş qurban", "İbo DTV" və digər adlarla qeyd etdiyi Əlövsət Əhədov (red.ad, soyad şərtidir), İlham Allahnəzərov (red. ad-soyad şərtidir) və qeyriləri ilə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən edib.
 


Daha sonra təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Yaquta həmin "Ədiş" adlı şəxslə danışmamağı ilə bağlı iradını bildirib. Yaqut Həşimova isə iradlarını qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.

Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovanı əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək maqsədilə əvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan bakalı götürüb müğənni yoldaşının baş nahiyəsindən 2 dəfə vurub. Daha sonra təqsirləndirilən şəxs rəfdə saxladığı, qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq, qarın nahiyəsindən vurub. O, eyni zamanda Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyələrdən zərbələr vurub.

Təqsirləndirilən şəxs otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb, ölümünü gözləyib və Yaqut Həşimova daxili və xarici qanaxma səbəbindən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Anar Həşimov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib."Report"

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar