Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ülviyyə Alovlu məndən pul tələb edib" - Bəxtiyar Hacıyev

Tarix: 19-01-2024 20:51     Baxış: 3130 A- / A+


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyev deyib ki, hazırda onunla bağlı cinayət işində zərərçəkmiş qismində tanınan bloger Ülviyyə Muradova (Alovlu) ondan pul tələb edib.
Onun sözlərinə görə, bu məsələdə vəkil Sevda Məhərrəmova vasitəçilik edib: “Ülviyyə mənə qarşı şikayətçi olmamaqdan ötrü pul istəyirdi. Bu söhbətdə Sevda xanım vasitəçilik eləyirdi. Bu söhbət alınmadı, Sevda xanım gəlib ona nümayəndəlik edir”.
Bəxtiyar Hacıyev qeyd edib ki, vəkil Sevda Məhərrəmovanın məhkəmə prosesinin gedişində bu məsələ ilə əlaqədar şahid qismində dindirilməsi məsələsini qaldıracaqlar. Bu üzdən o, məhkəmə iclaslarında iştirak etməməlidir.
Ülviyyə Muradovanın nümayəndəsi qismində iştirak edən vəkil Sevda Məhərrəmova pul tələbində vasitəçilik etməsi haqda Bəxtiyar Hacıyevin dediklərinə cavab verməyib.
Ancaq vəkilləri Bəxtiyar Hacıyevin məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsindən ötrü vəsatət qaldıranda Sevda Məhərrəmova buna etirazını belə əsaslandırıb:
“Təqsirləndirilən şəxsə qarşı ittihamlardan biri də qadına qarşı zorakılıqla bağlıdır. Şəxsən mən öz həyatıma görə qorxuram”.
Vəkillər isə bildirib ki, vəsatətlər və başqa məsələlərlə əlaqədar məsləhətləşmələr, müzakirələr baxımından onun müdafiəçilərinin yanında əyləşməsi məqsədəuyğundur.
Bəxtiyar Hacıyev bu haqda danışanda Norveçdə 77 nəfərin öldüyü terror aktını törətmiş Anders Breyvikə qarşı məhkəmədəki rəftarı yada salıb: “Breyvik kimi terrorçuya da vəkilinin yanında əyləşməyə icazə verirlər, mənə yox”.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra Bəxtiyar Hacıyevin özü və müdafiəçiləri onun ev dustaqlığına buraxılması, mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilmiş sübutların çıxarılması və digər çoxsaylı vəsatətlər qaldırıblar. Ancaq vəsatətlərin heç biri təmin olunmayıb.
Bəxtiyar Hacıyevin vəkilləri deyib ki, ona qarşı qaçaqmalçılıq, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar bir anonim elektron məktub əsasında verilib. Amma məktubu göndərənin kimliyi, elektron poçtun kimə məxsus olması və sair məqamların heç biri araşdırılmayıb: “İstintaq Daxili İşlər Nazirliyinə sorğu göndərib. Oradan da cavab gəlib ki, “müəyyənləşdirmək mümkün olmadı”.

Mənbəyi məlum olmayan bir məktubla da ağır ittihamlar verilib”.
Hakim ictimai fəalın ev dustaqlığına buraxılmaması haqda qərarını əsaslandırarkən bildirib ki, məhkəmədə dindiriləcək xeyli şahid var. Əgər Bəxtiyar Hacıyev həbsdən buraxılsa, şahidlərə təsir göstərə bilər.
Məhkəmədə vəsatətlərin müzakirəsində hakim Əli Məmmədov iki dəfə protokol qaydasında Bəxtiyar Hacıyevə xəbərdarlıq edib.
Növbəti proses fevralın 2-də davam edəcək.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
Bəxtiyar Hacıyevin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir.
Adları çəkilən şəxslərin hər iksi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar