Xəbər lenti
Ağcabədidə vəzifəli şəxs çay evində qadınla tanış oldu, sonra isə... – Qanlı cinayət
Ağcabədi rayonunda 1995-ci il təvəllüdlü Ərəstun qeyri-rəsmi nikahda olduğu arvadı Şərqiyyəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Manevr.az xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Ərəstun 2022-ci ilin aprelindən rəsmi nikaha daxil olmadan ər-arvad münasibətlərində yaşadığı Şərqiyyənin başqa şəxslərlə yaxınlıq etməklə ondan ayrılmaq istədiyini bilib.
Ərəstun atası ilə birlikdə 2 oktyabr 2022-ci ildə gecə saat 1 radələrində Ağcabədi şəhərində “Vahid qəbristanlığı” adlanan ərazidə Şərqiyyə ilə birgə kirayədə yaşadıqları evə gəlib. Kirayə evi təhvil vermək məqsədilə Ərəstun və Şərqiyyə geyim və digər şəxsi əşyalarını evdən götürdükdən sonra oradan çıxıblar.
Onları aparan avtomobil “Baku Klub” kafesinin qarşısında saxlayıb. Ərəstunun atası avtomobildən düşüb.
Bu zaman Ərəstun avtomobildə heç kimin olmamasından istifadə edərək arxa oturacaqda əyləşmiş Şərqiyyənin saçlarından tutub, bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə iki zərbə vurub.
İstintaq orqanı tərəfindən Ərəsutunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəlki ailəsindən boşandıqdan sonra Şərqiyyə ilə Ağcabədi şəhərində onun xidmətçi işlədiyi “Veqas” çay evində tanış olublar: “Sonra faktiki ər-arvad kimi yaşadıq. Hadisədən bir neçə gün əvvəl bizim münasibətlərimiz soyudu. Arabir zəngləşib danışırdıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 1-də günorta Şərqiyyəyə zəng vurub və harada olduğunu soruşub: “O, artıq mənimlə yaşamaq istəmədiyini dedi. Oktyabrın 2-də atam Elvinlə birlikdə Şərqiyyəni Bakı şəhərinə yola salmaq istəyərkən, tanışım Valehin avtomobilində ondan Bakıya kiminlə gedib-gəldiyini soruşdum. Şərqiyyə də Maliklə gedib qayıtdığını dedi. Ondan niyə Maliklə hələ də əlaqə saxladığını soruşdum. Şərqiyyə də əcəb etdiyini, öz həyatı olduğunu, bunu özü bildiyini söylədi.
Bu sözlərdən əsəbiləşdim. Şərqiyyənin saçından tutdum və cibimdə olan bıçaqla ona iki zərbə vurdum. Sonra da avtomobildən düşərək getdim. Hadisə zamanı bıçaq əlimi kəsdi. Atamla Valeh Şərqiyyənin qışqırtısına gəldilər.
Mən Şərqiyyəni qısqançılıqdan vurmuşam. Əməlimdən peşmanam. Hazırda onunla barışmışam”.
İş üzrə zərərçəkmiş Şərqiyyənin sözlərinə görə, 2022-ci ilin aprelində “Veqas” çay evində xidmətçi işləməyə başlayıb: “Həmin vaxt Ərəstunla tanış oldum. Bir müddətdən sonra aramızda yaxın münasibətlər yarandı, ər-arvad kimi yaşadıq. Sonra münasibətimiz pozuldu. Həm də Ərəstunun atası Elvin zəng edərək oğlundan uzaq durmağımı bildirdiyindən ondan ayrıldım, Malik adlı şəxslə münasibətlərimiz yarandı”.
Zərərçəkmiş deyib ki, oktyabrın 1-də səhər saatlarında Maliklə görüşüb və onu Bakı şəhərinə aparmasını xahiş edib: “Biz də həmin gün Bakıya getdik. Ərəstun zəng edib məndən harada olduğumu soruşdu. Bakı şəhərinə getdiyimi dedim. Günortadan sonra Maliklə Bakı şəhərindən qayıdanda Ərəstun yenə zəng etdi, harada olduğumu soruşdu. Qaradağ rayonunda yolda olduğumu, Ağcabədiyə qayıtdığımı söylədim.
Həmin gün gecə Ərəstunun atası Elvinə zəng vurdüm, görüşmək istədiyimi dedim. Elvin də Valehlə birlikdə gələrək mənimlə görüşdü. Mən Elvindən kirayə qaldığım evdən paltarlarımı götürməyə kömək etməsini, artıq Ərəstunla yaşamaq istəmədiyimi dedim. Onlar harasa getdilər, bir qədər sonra Ərəstunla birlikdə qayıtdılar”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Ərəstun və Elvinlə birlikdə Valehə məxsus olan avtomobillə kirayə qaldıqları evə gediblər:
“Paltarları oradan götürüb avtomobilə qayıtdıq. Yolda olarkən Valeh avtomobili “Baku klub” çay evinin qarşısında saxladı, nəsə götürmək üçün düşdü. Həmin vaxt Elvin də maşından düşdü.
Bu zaman Ərəstun məndən Bakıya kiminlə getdiyimi soruşdu. Maliklə getdiyimi deyəndə Bakıya niyə getdiyimi xəbər aldı. Mən də Maliklə ev axtararaq tapmaq üçün getdiyimi, daha onunla yaşamayacağımı dedim.
Ərəstun məndən Bakıya necə gedəcəyimi, məni kim aparacağını soruşdu. Malikin çağıracağını, onunla gedəcəyimi bildirdim. Buna görə aramızda mübahisə yarandı. Ərəstun əsəbiləşərək saçımdan tutdu, cibindən bıçaq çıxararaq sinəmə və qoluma zərbə vurdu. Mən qışqırdım, Ərəstun isə maşından düşərək getdi. Elvinlə Valeh gələrək məni dərhal xəstəxanaya apardılar, əməliyyat olundum”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ərəstun 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi Ərəsinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını istəyib.
Şikayət araşdırılması üçün Şirvan Apelluasiya Məhkəməsinə gönədrilib. Şikayəti araşdıran hakim heyəti qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Qeyd edək ki, Ərəstun ali təhsili olub. O, dövlət qurumlarından birinin Ağcabədi rayon şöbəsində işləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar