Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ŞOK: ana yeniyetmə qızını 500 manata sataraq təcavüzə göz yumdu

Tarix: 13-01-2024 08:43     Baxış: 3156 A- / A+
Azərbaycanda qandonduran cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə, 14 yaşına çatmamış qızını 500 manata satan anaya və qadının bu təklifinə “hə” deyərək yeniyetməyə təcavüz edən şəxslərə hökm oxunub.

Hadisə 2020-ci ilin noyabrında baş verib.

Belə ki, bir neçə il əvvəl atası ölən yeniyetmənin anası İradə Məmmədova (ad-soyad şərtidir) özünün də intim münasibətdə olduğu tanışına 2007-ci il təvəllüdlü qızına seksual xarakterli zorakılıq hərəkətləri etməsini təklif edib. Qarşı tərəf 500 manat müqabilində bununla razılaşıb. Yeniyetmənin anası isə qızının evdən qaçmaması üçün evin giriş qapısını açarla kilidləyib və açarı özüylə götürüb.

Yeniyetmə 1994-cü il təvəllüdlü Namiq Sərdarova (ad-soyad şərtidir) qarşı çıxıb, amma anasının tanışı cibindən bıçaq çıxardaraq onu ölümlə hədələyib və çirkin əməlinə zorla nail olub.

Qadın bu təklifi, eyni zamanda özünün də intim münasibəti olduğu Novruz Əkbərov (ad-soyad şərtidir) adlı tanışına da edib və qızını satmaqla bağlı təklifinə müsbət cavab alıb. Nəticədə yeniyetmə qız bu dəfə anasının müşaiyəti ilə zorlanıb.

Yeniyetməyə qarşı təcavüz həm Namiq, həm də Novruz tərəfindən dəfələrlə təkrarlanıb. Hadisənin üstü isə qızın əmisi tərəfindən həkimə aparılmasından sonra açılıb.

Hökmə əsasən, qızını satan qadın 12 il, Namiq Sərdarov 12 il, Novruz Əkbərov isə 13 il azadlıqdan məhrum edilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar