Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toyda zarafatın sonu qanla nəticələndi

Tarix: 07-01-2024 23:20     Baxış: 3217 A- / A+
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şamxal Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şamxal Babayev 12 iyun 2023-cü il tarixdə, saat 18 radələrində sinif yoldaşı olmuş həmkəndlisi, 2006-cı il təvəllüdlü zərərçəkmiş Famil Xəlilovla Salyan rayonu, Xıdırlı kəndində yerləşən "Səmayə" şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib. Bu zaman o, zərərçəkmişlə eyni masa arxasında yanaşı oturub, öz aralarında zarafat edərək bir-birinin barəsində şəxsiyyətlərini aşağılayan ifadələr işlədib. Buna görə onların arasında mübahisə yaranıb, toy məclisindən çıxdıqdan sonra kənd ərazisində görüşmək qərarına gəliblər.

Daha sonra Şamxal Familin təklifi ilə Salyan rayonu, Xıdırlı kəndində açıq ərazidə "pir" adlanan yerdə onunla görüşüb. O, hadisə yerinə gələndə yaşadığı evdən mətbəx bıçağı götürüb. Nəticədə Şamxal bıçaqla Familə ümumilikdə 7 zərbə endirib.

Hadisədən sonra zərərçəkmiş şəxs əvvəlcə Qaradağ Rayon Tibb Mərkəzinə, daha sonra isə Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səyin nəticəsində Famil Xəlilovun həyatını xilas etmək mümkün olub. pravda.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar