Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rəislər “ölü kartlar”dakı maaşa susurdular, çünki faiz alırdılar” - MƏHKƏMƏ

Tarix: 30-12-2023 15:38     Baxış: 3132 A- / A+

“Rəislər “ölü kartlar”dakı maaşa susurdular, çünki faiz alırdılar” - MƏHKƏMƏ
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmədə ittiham edilən general Nizami Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
 
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, işə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılır.
 
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə birgə mühakimə edilirlər. İttihama görə, cinayət əməli iştirakçılıqla törədilib.
 
Budəfəki iclas hərbi-hissələrin maliyyə xidmət rəislərinin şahid qismində ifadələri ilə davam etdirilib. Şahidlər özləri də yeyintidə iştirak ediblər.
 
Həmin maliyyə xidmət rəislərindən biri Maqsud İsgəndərov deyir ki, 2018-ci ildə işlədiyi hərbi hissədə yoxlamalar olub, külli miqdarda mənimsəmə aşkar edilib. İsgəndərov özünün də mənimsəmənin iştirakçısı olduğunu inkar etməyib: “Yoxlama zamanı 945 min manat mənimsəmə faktı müəyyən edildi. Həmin yoxlamalarda şəxsən özüm iştirak etmişəm, tərtib olunan akta da imza atmışam. Özüm də bu işlərin iştirakçısı olmuşam. Maliyyə işləri ilə bağlı hesablar açılırdı, pullar həmin hesaba köçürülürdü. İşləri həll edirdik, əlavə faizləri də rəislərə çatdırırdıq. 2018-ci ildən 2020-ci ilin dekabrın 17-nə kimi qoşunların rəisi Cəlal Kazımov olub, həmin dövrdə sifarişlər onunla razılaşdırılıb”.
 
Şahid ifadəsində sahibləri mövcud olmayan “ölü kartlar”a əməkhaqqı köçürüldüyünü deyib: “Şəxsi heyətin ehtiyacları ilə bağlı vəsaitləri şişirdilmiş qaydada yazırdıq. Əlimizdə “ölü kartlar” var idi. Həmin kartlara maaş yazırdıq. Amma kartların sahibləri mövcud deyildi. Ad və soyadlar qeyd etməklə o kartlara əməkhaqlarının köçürülməsi üçün sənədlər hazırlayırdıq. “Ölü kartlar”a köçürülən pullar da bizim tərəfimizdən götürülürdü. Bundan rəislərimiz də məlumatlı olsalar da, heç nə demirdilər. Çünki faiz alırdılar”.
 
İsgəndərov özünə düşən mənimsənilən məbləğin 350 min manat olduğunu, bu günə kimi 131 min manatını geri ödədiyini qeyd edib. 

Şahid tərəflərin suallarını cavablandırarkən hərbi hissəyə ayrılan vəsaitin 65 faizinin rəis Cəlal Kazımova çatdığını, qalan 35 faizini isə özü götürdüyünü etiraf edib. Müttəhim Kazımov isə şahidin dedikləri ilə razılaşmayıb. O, ittihamda göstərilən rəqəmlərin şişirdildiyini bildirib.
 
Şahid Ayaz Əliyev isə cinayət törədilən dövrdə iki hərbi hissədə maliyyə-xidmət rəisi işləyib.
 
Əliyev məhkəmədə sərbəst ifadə verməkdən əsasən yayınıb. Dediyinə görə, istintaqda ifadə verəndən sonra koronavirusa yoluxub, hər şey yadından çıxıb:
 
 “İstintaqda dediklərimlə razılaşıram. İndi nə qədər məbləğin mənimsənilməsi, kimə nə verilməsini unutmuşam. Onu bilirəm ki, hesaba köçürülən pulun 65 faizini geri qaytarırdıq. Həmin faiz də Cəlal Kazımova çatırdı. Mənə aid mənimsənilən puldan 80-90 min manatını ödəmişəm”.
 
Təqsirləndirilən C.Kazımov ifadəyə münasibət bildirərkən ona çatan məbləğlə hərbi hissəyə generator alındığını deyib.
 
Növbəti proses yanvarın 12-nə təyin edilib.
 
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar