Xəbər lenti
"Pulları kimə göndərdiyini mənə də demədi" - Polkovnik
Manevr.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutan iclasda şahid qismində Nəsimi Dadaşov ifadə verib.
Nəsimi Dadaşov şirkətdə təsisçisi və direktoru olduğunu və şirkətin Naxçıvanda fəaliyyət göstərdiyini bildirib.
Şahid Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsi ilə cəmi bir müqavilələrinin olduğu və həmin müqavilənin rəhmətlik qardaşı tərəfindən imzalandığını deyib: "Bizim şirkət əsasən tekstillə məşğul olur. Xalça zavodumuz var. Nazirliklə boya ilə bağlı müqaviləmiz olub, tam dəqiqliyini dəyə bilmərəm. Vəkalətnamə əsasında müqaviləni də, şərtləri də qardaşım həll edib. Mən sadəcən işin vaxtı vaxtında icra olunduğu bilirdim".
Daha sonra şahid qismində Müdafiə Nazirliyinin Maştağa Kənd Təsürrüfarı İdarəsinin sabiq rəisi Zahir Tağıyev dindirilib. Uzun illər nazirlikdə çalışdığını və təqaüdə çıxdını deyən şahid bildirib ki, daha sonra şirkətlər vasitəsilə tenderlərə qoşularaq Müdafiə Nazirliyi əməkdaşkıq edib: “Mən Satılalmalar və Təchizat idarəsi ilə müqavilələr əsasında işləmişəm. Müqavilər qarşılığında ödənən pulların 3 faizini geri qaytarmışam. İstər Məlikməmməd Qurbanovun, istərsə də həmin idarənin digər rəislərinə bu pulu qaytarmışam. Pulları sürücülər vasitəsilə idarə rəisinə göndərmişəm. 2015-2019-cu illər ərzində 400 min manat idarə rəisinə gödərmişəm".
Təqsirləndirilən Məlikməmməd Qurbanov şahidin düzgün ifadə vermədiyini və heç zaman ona pul göndərmədiyini deyib: "Bu insanı çoxdan tanıyıram, aramızda dostluq münasibətləri də olub. İdarə rəisi olduğum müddətdə bilirdim ki, o tenderin zabitləri ilə işləyir. Mənə pul gəlib çatmayıb. Hətta mən həbs olunmadan bir müddət əvvəl çay içdik. Dedi sənə pullar göndərmişəm. Bildirdim ki, o pullar mənə çatmayıb. Orada da pulları kimə göndərdiyini mənə də demədi. O bir nəfərlə çalışıb, o adam da hazırda xidmətdədir. Adını açıqlamaq istəmir".
Məhkəmədə məlum olub ki,şahid qismində dindirilən şəxsin 25-dən artıq şirkət rəhbəri olduğunu və müxtəlif adda olan şirkətlər vasitəsilə Müdafiə Nazirliyinin tenderlərin qalibi olub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiqrəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar