Xəbər lenti
Bağda bacısı ilə birgə tutduğu qonşusunun atasını bıçaqlayan şəxsin cəzası azaldıldı
Gəncə Apellyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Səxavət Əsgərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.
İttihama görə, 25 mart 2023-cü tarixdə, saat 4 radələrində Göygöl rayonu ərazisində qeydə alınıb.
Belə ki, Səxavət Əsgərov onlarla bir yerdə yaşayan, nikahı pozulmuş bacısı Nəzrin Əsgərovanı (şərti) qonşusu Namiq Babayevlə (şərti) gecə saatlarında yaşadıqları evin həyətyanı sahəsində qucaqlaşarkən görüb. O, həmin şəxslərin arasında sevgi münasibətləri olmasından şübhələnib. Bu zaman Səxavət onlara yaxınlaşıb. Lakin bacısı ilə Namiq oradan qaçıblar. Təqsirləndirilən şəxs də Namiqin arxası ilə gedib. O, Namiqin evinə daxil olduğunu görüb. Daha sonra Səxavət qonşusunu çağırıb. Bu zaman həyətə Namiqin atası, zərərçəkmiş Həsən Babayev gəlib. Səxavət ona oğlunun bacısı ilə münasibətdə olmasını, Namiqin namussuzluq etdiyini bildirib. Zərərçəkmiş şəxs isə oğlunu müdafiə edərək ona ağır ifadələr işlətməməsini söyləyib və onların arasında mübahisə yaranıb. Bu zamanı Səxavət özü ilə gətirdiyi mətbəx bıçağı ilə Həsənin sinə nahiyəsinə bir neçə dəfə zərbə vuraraq, ona xəsarət yetirib.
Daha sonra Səxavət Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. pravda.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar