Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Samir Aşurova hökm oxundu: 6 il 6 ay

Tarix: 18-12-2023 20:37     Baxış: 3225 A- / A+
 
Samir Aşurova hansı cəza verildi?
Xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham olunan Samir Aşurovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, S.Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Samir Aşurov 2021-ci ildə Almaniyadan deportasiya edilib. İttihama görə, S.Aşurov həmin ilin dekabrında Nizami rayonu ərazisində aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Zərərçəkmiş şəxsin həyatını xilas etmək mümkün olub.
 
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar