Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə küçədə silahlı şəxs tutuldu

Tarix: 08-12-2023 10:22     Baxış: 4350 A- / A+


Mingəçevirdə silahla gəzən tutuldu Mingəçevirdə üzərində tapança gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluğa görə bir neçə dəfə məhkum olunmuş Yusif Ağayevin üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilmiş tədbirlər nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “TT” markalı tapança, 8 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.Y.Ağayevdən götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən sihahın atəşə yararlı olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Manevr.az
Yusif Ağayev




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar