Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Keçmiş iqtisadiyyat naziri arvadını öldürdü

Tarix: 13-11-2023 08:15     Baxış: 3756 A- / A+
Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirməkdə şübhəli bilinir.

Bu barədə Orda.kz portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Astanada restoranlardan birində Bişimbayevlə Nukenova ilə mübahisə baş verib və bu zaman keçmiş nazir arvadını şiddətlə döyüb. Qadın aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Bişimbayevin cinayət yerində olan əmisi oğlu Nukenovanı xilas etmək imkanının olduğunu, lakin keçmiş nazir ona kömək göstərilməsinə mane olduğunu bildirib.

Kuandıq Bişimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın milli iqtisadiyyat naziri olub. 2018-ci ildə rüşvət və əmlak oğurluğuna görə 10 il müddətinə azadlıqdan məhrum edilib. İl yarım sonra Çimkent məhkəməsinin qərarı ilə Bişimbayev şərti azadlığa buraxılıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar