Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş sevgilisini və qızını öldürüb intihar etdi

Tarix: 09-11-2023 08:15     Baxış: 3329 A- / A+
İstanbulun Bağcılar rayonunda 42 yaşlı Barbaros Tüzün ondan ayrılan keçmiş sevgilisi Filiz Çilingir və onu xilas etməyə çalışan qızı Selin Akçayı güllələyərək öldürüb. 

O, Çilingirin böyük qızına “ananı və qardaşını öldürdüm, get pilləkənlərə çıxar” mesajı göndərdikdən sonra başına atəş açaraq intihar edib. 

Bağcılar rayonunun Bağlar məhəlləsində həyat yoldaşından ayrılan Filiz Çilingir iki qızı ilə yaşamağa başlayıb. 

Bir müddət sonra Barbaros Tüzün ilə aralarında münasibət qurulub. Qısa bir münasibətdən sonra ikisi arasında problemlər başlayıb. Baş verənlərdən sonra Çilingir getmək istəyib. Şəhərdən kənarda olan Tüzün vəziyyəti qəbul edə bilməyib Çilingirin yaşadığı binaya gəlib.

Bir müddət gözlədikdən sonra mənzilin zəngini çalan Tüzün üçün Filiz Çilingər qapını açıb. Qapı açıldıqdan sonra Tüzün silahını çıxararaq Çilingirə bir neçə dəfə atəş açıb. Çilingirin həmin an evdə olan 14 yaşlı qızı Selin Akçay anasını qorumaq istəyərkən güllə hədəfinə çevrilib.

Tüzün evə girərək qapını bağlayıb. Silah səslərini eşidən bina sakinləri dərhal polisə və sağlamlıq qruplarına məlumat verib. Hadisə yerinə gələn tibb qrupları mənzildə tapılan ana və qızın öldüyünü müəyyən ediblər.

Polis qrupları bağlı qapı arxasında evdə olan silahlı təcavüzkarı razı salmağa çalışıb. Bir müddət sonra evdən tək güllə səsi eşidilib. Qapını qırıb açan polislər Barbaros Tüzün başına bir güllə ataraq intihar etdiyini müəyyən ediblər. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar