Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ali Məhkəmə Eldar Həsənovla bağlı qərarı açıqladı

Tarix: 17-10-2023 19:25     Baxış: 3226 A- / A+

Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovla bağlı 10 illik azadlıqdan məhrum etmə qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
Manevr.az xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili çıxış edərək müvəkkilinə bəraət verilməsini istəyib.
İttiham tərəfi isə əvvəlki qərarda hər hansı qanun pozuntusu olmadığını əsas gətirərək şikayətin rədd edilməsini tələb edib.
Rəşad Abdulovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikrini öyrəndikdən sonra qərar qəbul edib.
Qərara əsasən şikayət əsasız sayılaraq təmin edilməyib.
Qeyd edək ki, Eldar Həsənov 2020-ci ildə həbs edilib. O, Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub. Bundan başqa o, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar