Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda 14 yaşlı azərbaycanlının öldürülməsinə görə daha iki nəfər həbs edilib

Tarix: 14-10-2023 09:02     Baxış: 3303 A- / A+

Gürcüstanda 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətlə yetirilməsi ilə əlaqədar daha 2 nəfər həbs edilib.
Manevr.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.Bildirilib ki, DİN-in Kaxeti Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirli bilinən “əri” Alim Sadiqovun əmisi 1972-ci il təvəllüdlü A.A. və 1997-ci il təvəllüdlü əmisi oğlu B.A. cinayət barədə məlumat verməmək ittihamı ilə həbs ediliblər. Bildirilib ki, Alim Sadiqov 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı qanunsuz evlənmək məqsədilə azadlıqdan qanunsuz məhrum edib (qaçırıb) və onu əmisi A.A.-nın evinə gətirib.
Polis əməkdaşlarının istintaq və prosessual hərəkətlərinin icrası nəticəsində hakim A.A və B.A-nın təqsirləndirilən şəxs qismində həbsinə qərar verib.
Aytac Şahmarovanın təhsil aldığı Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kənd məktəbinin direktoru Hamlet İsmayılov da yerli resurs mərkəzində (təhsil şöbəsi – red.) dindirilib. Yerli KİV-in məlumatına görə, dindirmə zamanı onun halı pisləşib və klinikaya aparılıb.
Bununla belə, o, klinikaya aparılarkən Aytacın qaçırılmasından xəbərsiz olduğunu deyib:
“Oktyabrın 5-də Aytacın anası gəlib mənə dedi ki, qızım 2 gün sonra məktəbə gələcək. O, mənə qızın qaçırıldığını deməyib”, - direktor bildirib.
Aytac Şahmarovanın atası İsa Şahmarov da Rustavi Şəhər Məhkəməsinə çağırılıb. İsa Şahmarov baş verənlərlə bağlı məlumatlı olmadığı üçün zərərçəkmişin varisi kimi tanınılıb. Məlumata görə, qətlə yetirilən azyaşlının valideynləri 7 il əvvəl boşanıblar. İsa Şahmarov bu müddət ərzində Polşa və Rusiyada yaşayıb.
Ailə üzvləri İsa Şahmarovun qızının məcburi ərə verilməsindən xəbərsiz olduğunu bildiriblər. Qeyd olunub ki, qətllə bağlı İsa Şahmarovun qardaşı mediadan xəbər tutub və daha sonra ona zəng edərək xəbər verib. Bundan sonra İsa Şahmarov Gürcüstana gəlib.
Xatırladaq ki, qətl oktyabrın 5-də baş verib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar