Bakıda gəlinini qətlə yetirməkdə təqsirli bilinən Firdovsi Məhərrəmovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Manevr.az ölkə.az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.
Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş, 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.
Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Daha sonra F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb və dindirilən zaman törətdiyi cinayəti etiraf edib.
İş üzrə dindirilmiş Firdovsi Məhərrəmov ifadəsində göstərib ki, təxminən 13 il əvvəl o, cəzaçəkmə müəssəsində olanda oğlu Elməddin Cəmilə Məhərəmova ilə ailə həyatı qurub. Həbsxanada olanda gəlinin arvadı Gülbənizlə mübahisə etdiyini ona evdə yaşamasına imkan vermədiyini eşidib. Cəza çəkib qurtarandan sonra evə qayıdıb.
2016-cı ildə gəlin barəsində Xəzər rayon 2-ci polis şöbəsinə şikayət edərək guya onu döydüyünü bildirib. Halbuki belə hadisə olmayıb. Nəticədə Cəmilə ərizəsini geri götürdüyü üçün araşdırma dayandırılıb.
Xəbər lenti
Həbsdən çıxıb gəlinini baltaladı - Bakıdakı qətlin təfərrüatı - ŞƏKİL
Bir ildən sonra gəlin qayınanasının guya külqabı ilə başına xəsarət yetirməsi ilə bağlı şöbəyə növbəti dəfə ərizə verib. Xəzər rayon məhkəməsi arvadına 300 manat məbləğində cərimə cəzası təyin edib.
Cəmilə ilə eyni evdə yaşamağın mümkün olmadığını başa düşüb, arvadı ilə Şüvəlan qəsəbəsində ev kirayələyib. 2019-cu ilin iyun ayınadək orada yaşayıb. Kirayə pulunu ödəyə bilmədiyinə görə, bir müdət sonra yenidən öz evinə qayıdıb.
Sentyabrın 23-ü saat 18:00 radələrində həyətə çıxanda qudası Fərhadı görüb, bura gəlməməsini deyib. Sonuncu isə qızının evinə gəldiyini söyləyib. Az sonra Cəmilə otağa girib, qəzəblə onun atası ilə nə işi olduğunu bildirib və ona şillə vurub. Artıq əsəblərini cilovlaya bilməyib və çölə çıxıb baltanı götürüb. Gəlinindən içəridən bağladığı evin qapısını açmasını tələb edib. Pəncərənin şüşəsini yumruqla vurub sındıranda, şüşə parçası əlini kəsib. Cəmilə bunu görüb qapıdan çıxıb və darvazaya tərəf qaçıb. Həyətin ortasında ona çataraq çiynindən tutub və balta ilə zərbələr vurmağa başlayıb. Zərbələrin təsirindən qadın yerə yıxılıb. Neçə zərbə vurması yadında qalmayıb. Sonra paltar asılan ipdən uşaq mələfəsini götürüb, baltanı ona büküb. Evdə nəvələrinin televizora baxdıqlarını görüb. Taksi ilə kürəkəninin evinə gedərək ona və qızına Cəmiləni öldürdüyünü deyib. Oradan Xəzər RPİ-nə yollanıb və təslim olub.
Zərərçəkmiş şəxsin hüquqi varisi Səbinə Bayramova ifadəsində göstərib ki, bacısı Cəmilənin 4 övladı olub. Əri ilə münasibəti yaxşı olsa da, qayınatası və qayınanası onu gəlin kimi qəbul etmək istəməyiblər. Sentyabrın 23-də atası xəbər verib ki, bacısını qayınatası qətlə yetirib.
Məhkəmə iclasında Firdavsi Məhərrəmov ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə hesab edib ki, Məhərrəmovun əməli CM-nin 120.2.4-cü(xüsusi amansızlıqla qəsdən adam öldürmə) madəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.
Sonda məhkəmənin hökmü ilə Firdovsi Məhərrəmov 16 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar