Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bir gündə başı kəsilmiş iki kişi meyiti tapdılar

Tarix: 12-09-2023 21:32     Baxış: 3200 A- / A+
Bir gündə başı kəsilmiş iki kişi meyiti tapdılarRusiyanın paytaxtı Moskva şəhərində başı kəsilmiş iki kişi meyiti tapılıb.

Bu barədə Moskva Şəhər Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Birinci hadisə səhər tezdən baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Moskva şəhərinin Festival küçəsi yaxınlığındakı park ərazisində başı kəsilmiş kişi meyiti tapılıb. Gövdə, boyun və baş nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

"Hadisə yerində hüquq-mühafizə orqanlarının işini Qolovinsk rayonlararası prokurorunun müavini Aleksandr Atayev koordinasiya edir", - deyə məlumatda bildirilib.

Bir neçə saat sonra daha bir başı kəsilmiş kişi meyiti aşkar edilib. Bu dəfə meyiti səhər tezdən "Reçnoy" vağzalının yaxınlığındakı parkda təhlükəsizlik işçisi aşkar edib, onun başı yaxınlıqda olub.
Maraqlıdır ki, hər iki şəxs Asiya görünüşlü olub. Hadisə ilə bağlı adam öldürmə maddəsi ilə cinayət işləri açılıb. Hadisəyə prokurorluq nəzarət edir.

Daha sonra baş verən qətllərin təfərrüatı məlum olub. Məlumatı Rusiya Federasiyasının İstintaq Komitəsi yayıb. Meyitlərdən biri Mərkəzi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped həkimi Dorjo Ayuşeyevə məxsusdur. D.Ayuşeyev Festival küçəsində, başqa kişinin meyitinin aşkar edildiyi parkın yaxınlığında yerləşən yeni tikilidə yaşayıb.

İstintaqçıların verdiyi məlumata görə, hər iki şəxsin qətli həkimin mənzilində baş verib, daha sonra isə meyitlərdən birini parka apararaq, orada atıblar. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar