Bakıda 1986-cı il təvəllüdlü Elşən azyaşlı qızı İradəni (adlar şərti verilib – red.) cinsi istismara məruz qoyub.Manevr.az xəbər verir ki, teleqraf.com
-un əldə etdiyi məlumata görə, MMC-lərdən birində komendant işləmiş ali təhsilli Elşən qızının intim şəkillərini çəkib və həmin görüntüləri yüngül həyat tərzi kimi tanıdığı qızlara göndərib.
Həmin qızlardan birinin hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında Elşənin iyrənc əməlinin üstü açılıb. O, həbs olunandan sonra əməllərinin iyrənc olduğunu başa düşüb və şok vəziyyətə düşüb.
İstintaq sənədlərinə görə, Elşən 2017-ci il təvəllüdlü qızı İradənin 26 dekabr 2020-ci il, günorta saatlarında yaşadıqları mənzilin qonaq otağında bel nahiyyəsindən aşağı arxa hissəsinin lüt çəkilini çəkib.
Bundan başqa, 7 fevral 2021-ci ildə, saat təxminən 14 radələrində azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edib. O, azyaşlıya qarşı etdiyi bu hərəkətlərin şəkillərini çəkib. Ata həmin ilin iyunun 20-də, saat təxminən 16 radələrində yenə də eyni hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatında araşdırılıb.
"Yadımda qalmayıb"Məhkəmədə anlaqsız vəziyyətdə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən bildirib ki, zərərçəkmiş İradə onun doğma qızıdır:
“2016-cı ilin mayında Lalə ilə rəsmi nigaha daxil oldum. 2017-ci ildə İradə dünyaya gəldi. Həyat yoldaşımla konfliktlərim olurdu. Konfliktlər çox kəskin olmasa da, arvadımla olan münasibətlərə normal deməzdim. Mənim azyaşlı uşaqlara qarşı anormal maraqlarım olmayıb. Kənar qadınlarla tanışlığım və intim münasibətlərim olub. Mobil telefonum var, “İnstaqram”da da səhifəm olmalıdır.
Lakin xatırlamıram ki, qızıma qarşı əxlaqsız hərəkətlər etmişəm. Onun çılpaq şəkillərini çəkib başqa şəxslərə göndərdiyim də yadımda qalmayıb”.
“Porno filmlərə baxmağa başladım”Məhkəmə belə vəziyyətdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı anlaqlı vəziyyətdə verdiyi ifadəsini açıqlayıb.
O, həmin ifadəsində göstərib ki, təxminən üç il müddətdir arvadına qarşı cinsi istəyi yoxdur:
“Xasiyyətlərimiz uyğun gəlməməsi səbəbindən arvadımla aramızda soyuq münasibət yaranıb. Təxminən iki il bundan öncə özümə məxsus mobil telefonla “Telegram” sosial şəbəkəsinə daxil oldum. Oradakı saytlardan birində uşaq porno filimləri yerləşdirilmişdi. Bundan sonra mütamadi olaraq həmin porno filimlərə baxmağa başladım”.
“Filmlərə baxa-baxa ehtiraslandım”Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2020-ci ilin dekabrın 26-da, günorta saatlarında qızı ilə evdə tək olan zaman qonaq otağında divanda uzanıb: “Əlimdə mobil telefonda “Telegram” sosial şəbəkəsində uşaq porno filmlərinə baxırdım. Filmlərə baxa-baxa ehtiraslandım.
Bundan sonra qızım İradəni yanıma çağırdım, divanın üzərinə çıxardım. Ona sözümə baxmağı tapşırdım, əynində olan alt paltarını dizinə qədər endirdim. Bundan sonra İradənin arxa tərəfdən, beldən aşağı hissəsinin şəklini çəkdim. Sonra kiminsə görəciyəndən qorxaraq İradənin paltarını geyindirdim”.
Elşən deyib ki, 7 fevral 2021-ci ildə günorta saatlarında təxminən 14 radələrində o, və qızı evdə tək olan zaman yenə onun şəkilini çəkmək qərarına gəlib: “Divanda uzanıb əynimdə olan şalvarı yarıya qədər endirdim. İradəni yanıma çağırdım. Onu divanın üzərinə çıxardım. Bundan sonra seksual xarakterli hərəkətlər etməyə başladım. Bu hərəkələrli telefon vasitəsi ilə şəklini çəkdim”.
“Mənimlə razılaşmadı, şikayət etdi”Təqsirləndirilən şəxs qeyd edib ki, 20 iyun 2021-ci ildə günorta saatlarında təxminən 16 radələrində o və qızı evdə tək olan zaman yenə də çirkin əməllərini həyata keçirib. İradəyə qarşı seksual hərəkətlər edib, bu iyrənc hərəkətlərin telefonu vasitəsi ilə şəkilini çəkib:
“Qızımla çəkdiyim şəkilləri mobil telefonumda saxlamışam. “Sweet Meet” sosial şəbəkəsində “Samir” adı ilə qeydiyyatdan keçərək Cəlalə adlı qızla tanış oldum. Bir qədər Cəlalə ilə sosial şəbəkədə danışdıqdan sonra ona öz adımı və soyadımı bildirdim. Cəlalə də mənə öz adını dedi.
Bir neçə gün onunla danışdıqdan sonra onunla cinsi əlaqədə olmaq qərarına gəldim. Cəlalənin cinsi istəyini artırmaq üçün ona öz qızımla çəkdiyi şəkilləri göndərdim. Cəlaləyə dedim ki, əgər istəsən, görüşə gələn zaman qızımı da gətirəm. Cəlalə mənimlə razılaşmadı. Bundan sonra barəmdə şikayət etdi”.
“Bunu istintaq şöbəsində bildim”Məhkəmədə azyaşlı İradəyə ifadə vermək təklif edilib. Amma o, imtina edib. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsin elan edilib. O, həmin ifadəsində atası tərəfindən əxlaqsız hərəkətlər edilməsini çılpaqlığı ilə danışıb.
Şahid qısmində ifadə verən azyaşlının anası deyib ki, ərinin bu iyrənc əməllərindən xəbəri olmayıb. Onun sözlərinə görə, 1 sentyabr 2022-ci ildə Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində qızı İradə mütəxəssis, psixoloq və onun iştirakı ilə dindirilib: “Bu zaman mənə məlum oldu ki, həyat yoldaşım müxtəlif vaxtlarda evdə olmadığım zaman bir neçə dəfə özü soyunub, qızımı da soyundurub, qızıma qarşı seksual hərəkətlər edib”.
“Bir kişiyə öz qızına qarşı əxlaqsız hərəkətlər etməsini təklif edib”İş üzrə şahid qismində ifadə verən Cəlalənin sözlərinə görə, təqsirləndirilən şəxsi şəxsən görməsə də, sosial şəbəkələrdə tanıyıb: “Elşən mənimlə yazışarkən səhifəmə öz azyaşlı qızının çılpaq şəkillərini, qızı ilə etdiyi seksual xarakterli hərəkətlərin şəkillərini göndərdi.
Elşən yazışmada bildirdi ki, qızının 4 yaş 8 aylıqdır. Dedi ki, qızı ilə 4 yaşı olandan bəri seksual xarakterli hərəkətlərlə məşğul olub, qızını öz maşınında digər qadınların yanında əxlaqsız hərəkətlər etməyə məcbur edib. Hətta başqa bir kişiyə də öz qızına qarşı əxlaqsız hərəkətlər etməsini təklif edib”.
“Polisə şikayət etdim”Şahid qeyd edib ki, Elşənin bu hərəkətləri ona pis təsir edib: “Buna görə də Nərimanov rayon Polis İdarəsinin 17-ci bölməsinə şikayət etdim. Təqsirləndirilən şəxsin mənə göndərdiyi fotogörüntüləri polisə təqdim etdim. Polis əməkdaşları məndən xahiş etdilər ki, Elşəni ifşa etmək üçün onunla yazışmanı davam etdirim. Mən də yazışmaya davam etdim”.
Cəlalənin sözlərinə görə, nəhayət 31 avqust 2022-ci ildə Elşəni Nərimanov metrostansiyasının yanına görüşə dəvət edib: “Elşən ora gələn zaman polis əməkdaşları tərəfindən saxlanıldı. Ünsiyyətdə olduğumuz zaman onun psixi xəstə olmasını hiss etmədim. Hətta Elşən mənə dedi ki, həyat yoldaşı ilə intim münasibətləri olmadığı üçün münasibətləri qızı ilə yaşayır”.
Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilib. Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.
Qərarın icrası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi”nə həvalə edilib.