Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Prokuror xəstələrə əzab verənlərə 31 il 6 ay həbs istədi

Tarix: 25-07-2023 18:51     Baxış: 3180 A- / A+

Prokuror xəstələrə əzab verənlərə 31 il 6 ay həbs istədi


Bakıda narkotik, alkoqol və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən “New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşının məhkəmə prosesi keçirilib.
Manevr.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov və Elvüsal Hüseynovun 11 il, Sərxan Əliyevin 10 il 6 ay, Famil Rzayev və Qənbər Həsənovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasientlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, müalicə olunanlardan biri H.Məmmədov mərkəzdən qaçmaq istəyəndə əməkdaşlar onu tutaraq döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Zərərçəkmiş qismində tanınmış H.Məmmədov müalicə gedişində vəfat edib. Digər pasientlər - F.Həsənov, K.Əliyev və C.Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib. İlkin olaraq H.Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.
Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar