Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bir ailənin 4 üzvünü öldürən Fuada hökm oxundu - Şəkil

Tarix: 24-06-2023 22:52     Baxış: 3203 A- / A+
Beyləqanın Tatarlı kəndində 4 nəfəri güllələməkdə ittiham olunan Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə araşdırması bitib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Əli Əliyevin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə F.Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib.

Hökmdə deyilir ki, ittiham olunan şəxs təyin olunmuş cəzanı həbsxanada çəkməlidir.

Hökmdən əvvəl müdafiə tərəfi təqsirləndirilən şəxsin ailə vəziyyətini, yaşını nəzərə alaraq nisbətən yüngül cəza təyin edilməsini xahiş edib. Prokuror əvvəlki mövqeyində qaldığını, müttəhimin ömürlük məhkum edilməsinin qanunauyğun olduğunu deyib.

Qeyd edək k, hadisə ötən ilin dekabr ayında baş verib.

27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi. Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş.

Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L. Cəlilov özünü asaraq intihar edib. qafqazinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar