Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

16 yaşlı yeniyetmə anasını yatdığı yerdə... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Tarix: 23-06-2023 08:56     Baxış: 3131 A- / A+
Bakıda anasını qısqanclıq zəminində güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Maarif Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Dəhşətli qətl hadisəsi Sabunçu rayonun Zabrat-2 qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Yataqxanada məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. Daha sonra polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

Maarif Əliyev qətli namus üstündə törətdiyini bildirib.

İstintaqla müəyyən olunub ki, Maarif Əliyev anası Mədinə Qurbanovanın dəfələrlə başqa kişilərlə mobil telefonla intim məzmunlu ünsiyyətdə olmasından xəbərdar olub.

O, anasının telefonunda olan proqramı onun xəbəri olmadan öz mobil telefonuna köçürüb. Beləliklə, gələn mesajları oxuya bilib. Anasının bir nəfər oğlanla yazışdığının və bir-birlərinə sevgi mesajları göndərdiklərinin şahidi olub.

Təqsirləndirilən Maarif Əliyevin babası M.Əliyev ifadəsində bildirib ki, sonuncu dəfə Mədinə ayaqyolunda telefonla danışarkən başqa kiməsə "mən də səni sevirəm" deyib. Oğlu bunu eşidib və çox əsəbiləşib:

"Gecə yatmaq vaxtı gələndə Mədinə divanda uzanıb, uşağı (nəvəsini) də yanına qoyub. Sən demə, bu zaman oğlan anasının yatmağını gözləyirmiş. Gecə mənim ov tüfəngimi sakitcə götürüb, necə vurubsa, eşitməmişik. Tüfəngi başına dirədikdən sonra atəş açıb. Yaxından atəş açdığı üçün tüfəngin səsi eşidilməyib. Evdə onlardan başqa mən və iki qız nəvəm olmuşuq. 18 yaşında olan qız nəvəm də səs eşitməyib. Səhər yuxudan ayılanda gördük ki, Mədinə ölüb, yer qan içindədir.

Maarif Əliyevin sözlərinə görə, anasını öldürmək qərarına gəlməkdə hər hansı şəxsin ona təsiri olmayıb. Sadəcə olaraq anasının ailəli qadın kimi onun yaşında oğlu olmasına baxmayaraq başqaları ilə məhəbbət məzmunlu ünsiyyət saxlaması və bu davranışların yaxınları arasında yayılması cavan oğlan kimi şəxsiyyətinə toxunub.

Buna görə də, anası olsa belə, sonuncunu cəzalandırmaq istəyib. 

Məhkəmə belə nəticəyə gəlib ki, Maarif Əliyev əməli CM-nin 120.2.4-cü (xusüsi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu ( aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib.

Bu səbəbdən o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır.

Məhkəmə hesab edib ki, cinayəti törədərkən yetkinlik yaşına çatmadığından CM-nin 85.5-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası 10 ildən çox olmayan müddətə təyin edlməlidir. 

Sonda məhkəmənin hökmü ilə Maarif Əliyev 10 il müddətinə azadlıqdan məhrum olunub. ölkə.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar