Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

5 nəfərin ölümünə səbəb olan Mahmuda hökm oxundu

Tarix: 16-06-2023 18:08     Baxış: 3163 A- / A+
5 nəfərin ölümünə səbəb olan Mahmuda hökm oxundu

Aeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəzaya görə ittiham olunan yük maşınının sürücüsü Mahmud Əzizovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
 
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Mahmud Əzizova 6 il həbs cəzası verilib.
 
Xatırladaq ki, hadisə 2021-ci ildə baş verib. 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, 10-dan çox sərnişin xəsarət alıb. 
 
Hadisəyə görə, yük maşınının sürücüsü həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
 
M.Əzizov həmin vaxt Bakı Mühəndislik Universitetinin ikinci kurs tələbəsi olub. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar