Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Novxanıda arvadını öldürən biznesmendən xəbər var

Tarix: 19-05-2023 17:10     Baxış: 4144 A- / A+


Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tofiq Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Manevr.az-ın Pravda.az-a istinadən məlumatına görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə keçmiş deputatın anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənın növbəti iclası iyunun 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin may ayında Abşeron rayonu Novxanı bağlarında yerləşən bağ evin həyətində qeydə alınıb.
Belə ki, Tovuz rayonundan olan və Rusiyada biznes fəaliyyəti göstərən Tofiq Həsənov arvadı İlahə İsgəndərovanı xüsusi amansızlıqla qətlə yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, Tofiq Həsənovdan boşanmaq istəyən arvadını 14 bıçaq zərbəsi ilə qətlə yetirərkən İlahənin anası da orada olub və hadisələr onun gözü qarşısında baş verib.
Qadın qızını xilas etməyə çalışarkən bıçaq onun əlini kəsib. Həmçinin qeyd edilib ki, İlahə İsgəndərova həyat yoldaşının aldığı bağ evinə ərini buraxmırmış. Tofiq Həsənov iddia edib ki, arvadı onun Bakıda aldığı evləri və seyfdə saxladığı 200 min manata yaxın pulu da ələ keçirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə biznesmen 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar