Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qız ölən anasını həyətdə basdırdı, 10 il HAMIDAN GİZLƏTDİ: Görün sonra nə etdi?

Tarix: 14-05-2023 21:40     Baxış: 3442 A- / A+
Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları 10 il əvvəl ölən qadının qalıqlarını aşkar ediblər. 

Bunu qadının qızı edib və məqsədi anasının hesablarından istifadə etmək olub.

Kaliforniyanın Ukayya şəhərində polis yaşlı qadının şübhəli ölümü ilə bağlı cinayət işi açıb. Onun qalıqları böyük oğlunun hüquq-mühafizə orqanları ilə əlaqə saxlamasından sonra El Rio küçəsindəki evin bağçasında tapılıb.

Ukayya Polis Departamentindən verilən rəsmi mətbuat şərhində ad çəkilməyib; Əməkdaşlar bildiriblər ki, heç bir həbs gözlənilə bilməz, çünki yeganə şübhəli qadının 58 yaşlı qızı bu yaxınlarda vəfat edib. Ehtimal olunur ki, o, onun hesablarından istifadə etmək və əmanətlərini xərcləmək üçün öz anasını həyətdə basdırıb və ölümü barədə səlahiyyətlilərə məlumat verməyib.

Qadının başqa ştatda yaşayan böyük oğlu polisə bildirib ki, anası vəfat edənə qədər uzun müddət kiçik bacısı ilə yaşayıb. Bacısının xəstəliyi və xəstəxanada olması səbəbindən Ukayyaya qayıdanda o, evdəki kağızlar arasında anasının adına təzə bank çıxarışları və digər maliyyə sənədləri tapıb.

2013-cü ildə kişinin anası vəfat edəndə bacısı ona mərhumun istəyi ilə meyiti tibbi tədqiqat müəssisəsinə təhvil verdiyini deyib. Ölüm faktının özü böyük qardaşı narahat etməyib, çünki anası uzun müddət sağlamlıq problemlərindən əziyyət çəkib.
Kriminoloqlar bağdan tapılan insan qalıqlarının kişinin ölmüş anasına aid olduğunu təsdiqləyiblər. Onlar qadının təbii səbəblərdən öldüyü qənaətinə gəliblər. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar