Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt məhkəməsi kişiyə keçmiş arvadının evinə yaxınlaşmağı qadağan edib

Tarix: 13-05-2023 22:30     Baxış: 3315 A- / A+
Bir evdə yaşadığı keçmiş əri tərəfindən döyülən qadının şikayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda qeyri-adi hökm çıxarılıb.

Bu barədə tərəflərdən birinin vəkili Emil Mirzəyev məlumat verib.

İşin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Eldar Nuriyev ilə Kəmalə Nuriyeva (ad soyad şərti) 11 il evlilikdən sonra 2014-cü ildə boşanıblar. Onların bu evlilikdən üç övladı olub. Eldar və Kəmalə boşandıqdan sonra da eyni evdə yaşayıb, bu müddətdə onlar arasında tez-tez mübahisə olub. Sonuncu mübahisə zamanı Eldar Nuriyev keçmiş arvadını vuraraq ona yüngül xəsarət yetirib.

Əmələ görə Eldar Nuriyevə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə zərərçəkmiş şəxs keçmiş ərinə qarşı şikayətini geri götürdüyünü, onu bağışladığını deyib.

Təqsirləndirilən şəxs də əməlindən peşman olduğunu, hadisədən sonra başqa rayona köçdüyünü deyib.

Məhkəmənin hökmü ilə Eldar Nuriyevə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

Bundan əlavə, hökmə əsasən Eldar Nuriyevə arvadının yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq və arvadı ilə hər hansı formada o cümlədən, telefonla ünsiyyətə girmək qadağan edilib. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar