Xəbər lenti
Bakıda ögey atasını qətlə yetirməkdə şübhəli bilinən 21 yaşlı gənc saxlanıldı
Mayın 8-i saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində ürək nahiyəsindən kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət olan kişi meyitinin aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Elgün Abbasovun aralarında yaranmış mübahisə zamanı bıçaqla 1978-ci il təvəllüdlü Rahib Mehdiyevə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda istintaq davam edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































