Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 4 nəfər özünü öldürdü

Tarix: 04-05-2017 14:14     Baxış: 4337 A- / A+
Azərbaycanda 4 nəfər özünü öldürdü
Şamaxı rayonunda intihar hadisəsi baş verib. Manevr.az-ın xəbərinə görə, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Qəniyeva Aynurə Əzizağa qızı yaşadığı evin mətbəxində sirkə turşusu içərək özünü zəhərləyib.

Valideynləri onu huşsuz, yerə yıxılmış vəziyyətdə görüb, təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardımdan sonra A. Qəniyeva Bakıdakı Respublika Toksikologiya Mərkəzinə aparılıb.
Mərkəzdə onu xilas etmək mümkün olmayıb. Bu yaxınlarda həyat yoldaşından boşandığı bildirilən qadının intiharının səbəbi məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Lerik rayonunda da intihar hadisəsi qeydə alınıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Küman kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü Qurbanova Gülsaman Ağasən qızı dərman içərək intihar edib. Onun meyiti müayinə olunmaq üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xaçmaz rayonunda da intihar faktları qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər sakini 56 yaşlı Abdulla Bəgiyev və Xaçmaz şəhər sakini Mahir Müslümov intihar edib. Hər iki şəxsin meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar