Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qonşu ilə xəyanət, yataq otağında dəhşət: Arvadını çəkicləyən kişi...

Tarix: 30-03-2023 09:01     Baxış: 4185 A- / A+
2021-ci il oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gələn bir nəfər arvadını çəkiclə ölümcül döydüyünü bildirir. Araşdırmalar zamanı könüllü polisə təslim olan şəxsin Zəngilan rayon sakini, 1957-ci il təvəllüdlü Sərdar Namazov olması müəyyən edilir.

Dərhal sonra polisə 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilməsi barədə məlumat daxil olur. Həkimlər onun həyatını xilas etdiklərini deyirlər…

Baş vermiş hadisə ilə bağlı cinayətin törədildiyi Biləcəri qəsəbəsi, M.Aslanov küçəsindəki 13 nömrəli evə əməliyyat istintaq qrupu gedir. Evə daxil olan əməliyyatçılar çarpayının üzərində və döşəmədə qan ləkələri, qonaq otağında, pəncərənin qarşısında, üzərində qan ləkələri olan çəkic aşkar edirlər.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanır.

Lent.az həmin cinayət işinin istintaq materiallarını təqdim edib:

İstintaqla müəyyən edilib ki, oktyabrın 25-i saat 15 radələrində Sərdar Namazov rəsmi nikahda olduğu Gülnarə Namazova ilə mübahisə edərkən, mənzilin eyvanından çəkici götürüb, yataq otağına qayıdıb. Arvadına arxadan yaxınlaşan Sərdar Namazov çəkicin dəmir hissəsi ilə qadının baş nahiyəsinə ardıcıl zərbələr endirib. Arvadı xilas olmaq üçün onu itələyərək, mənzildən çıxıb və qaçıb. Kişi niyyətini başa çatdırmaqdan ötrü dəhliz boyunca onu təqib edib. Qışqırıb qonşuları, köməyə çağıran Gülnarə Namazovaya binanın 3-cü mərtəbəsindən 2-ci mərtəbəsinə enən pilləkəndə çatıb və küt alətlə yenə də başına xəsarətlər yetirib. Dəhlizə çıxan qonşuları Gülnarə Məmmədovanı kişinin əlindən alıblar. 

İş üzrə dindirilmiş Sərdar Namazov bildirib ki, 2009-cu ildə birinci arvadı Hökmə Kərimova ilə boşanıb. Bir ildən sonra Zəngilan rayonundan olan Gülnarə adlı qadınla tanış olaraq, onunla ailə həyatı qurub, nikahdan 2011-ci ildə qızları dünyaya gəlib. Arvadı özəl şirkətdə xadimə işləyib. 2017-ci ildən aralarında narazılıq yaranıb, qadın ona diqqət yetirməyib, həyat yoldaşı kimi davranmayıb. Hadisə gününədək evdə vəziyyət bir qədər də kəskinləşib. 

2021-ci il oktyabrın 25-də pandemiya ilə əlaqədar Gülnarə qızı Elnarəni onlayn dərs keçməsindən ötrü bacısının evinə aparıb. Arvadı günortadan sonra evə gələndə, son bir ayda evdə baş verən hadisələrlə əlaqədar ona iradını bildirib. Lakin Gülnarə onun sözlərinə əhəmiyyət verməyib. Yataq otağına keçən kişi əsəblərini cilovlaya bilməyərək, eyvana çıxıb və çəkici götürərək geri qayıdıb. Sağ əlində saxladığı küt alətlə Gülnarəyə yaxınlaşaraq, ondan hərəkətlərinə son qoyub-qoymayacağını soruşub. Yoldaşı əsəbi halda cavab qaytaranda çəkiclə başına ilk zərbəni endirib. Gülnarə onu itələyib, özünü qorumağa çalışsa da kişi ardıcıl zərbələr vurmaqda davam edib. Qadın əlindən çıxaraq, mənzilin giriş qapısını açıb və dəhlizə qaçıb. Kişi onun arxasınca qaçaraq, pilləkəndə ona çatıb, başına daha 2 zərbə endirib. Qışqırıq səsinə çıxan qonşuların Gülnarəni onun əlindən alıblar. Bunu görən kişi mənzilə qayıdaraq, çəkici qonaq otağında pəncərənin qarşısına qoyub. Üzünə su vuraraq, bir az sakitləşib və evdən çıxıb. Axşam saatlarınadək parkda gəzib, sonra isə 6-cı Polis Bölməsinə gedərək təslim olub. 

Sərdar Namazov yoldaşını öldürmək istəmədiyini və əməlindən çox peşman olduğunu qeyd edib. 

Zərərçəkmiş şəxs qismində dindirilmiş Gülnarə Namazova ifadəsində göstərib  ki, əri Sərdar Namazovla münasibətlərinin pozulmasının əsas səbəbi, 2015-ci ildə sonuncuda bədxassəli onkoloji xəstəliyin aşkar olunması və keçirdiyi əməliyyatlar səbəb olub. Bundan sonra, yoldaşı demək olar ki ailəyə baxmayıb, onunla və qızı ilə ümumiyyətlə maraqlanmayıb. İşi ancaq səhər parka gedib, gecəyə qədər gəzmək olub. Oktyabrın 25-də yataq otağında olan Sərdar heç nə demədən qəfil ona yaxınlaşıb, çəkiclə başına zərbələr endirməyə başlayıb. Qadın özünü toparlayaraq ayağa qalxıb və mənzilin qapısını açaraq çölə qaçıb. Onu təqib edən əri küt alətlə vurmaqda davam edib. 2-ci mərtəbənin pilləkənlərində, qonşuluqda yaşayanlar onlara yaxınlaşıblar və bundan sonra kişi qadından əl çəkib.  

Gülnarə Namazova əlavə edib ki, yoldaşının ona guya Ziya adlı qonşusu ilə xəyanət etməsi barədə verdiyi ifadəsi yalandır: “Bu söz-söhbətlərin hamısı uydurmadır”.

Şahid Rəfiqə Quliyeva ifadəsində göstərib ki, bacısı Gülnarə övladını onlayn dərs keçmək üçün onun evinə gətirib. Saat 17 radələrində bacısı oğlu zəng edərək Gülnarəni xəstəxanaya apardığını bildirib. Eşidən kimi xəstəxanaya gedib. Çoxsaylı çəkic xəsarətləri ilə əlaqədar bacısının baş nahiyəsinə tikişlər qoyulub. Gülnarə ayılandan sonra ona danışıb ki, yataq otağında, onlara gətirmək üçün qızının kitablarını yığarkən, gözlənilmədən Sərdar çəkiclə başına çoxsaylı xəsarətlər yetirib. 

Məhkəmə iclasında Sərdar Namazov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş Gülnarə Namazova təqsirləndirilən şəxsin bağışlamadığını qeyd edərək, ona ağır cəza təyin edilməsini xahiş edib.

Məhkəmə qənaətə gəlib ki, Sərdar Namazovun Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərdar Namazov cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar