Xəbər lenti
Əvəz Zeynallının işində 3 icra başçısının adı keçir - Şok faktlar
“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Əvəz Zeynallı ittihamlardan özünü təqsirli bilməyib. O, vəzifəli şəxs olmadığı halda ona rüşvət alma ittihamı verdilyini deyib.
Əvəz Zeynallının sözlərinə görə, vəkil Elçin Sadıqovla birlikdə həbs olunub: “İttiham verilib ki, mən Elçin Sadıqovla birlikdə rüşvət almışam. Amma Elçin Sadıqovun işi mənim işimdən ayrılıb və o, azadlıqdadır. Niyə o azadlıqddı? Axı mənə ittiham onunla birlikdə verilib? Biz bir ittihamla saxlanılmışıq, həbs edilmişik”.
Daha sonra Əvəz Zeynallı məhkəmənin kiçik zalında işinə baxılmasından şikayətlənib: “Hakimdən xahiş edirəm ki, iclaslar böyük zalda keçirilsin, prosesə daha çox insan buraxılsın".
Hakim isə bildirib ki, məsələ məhkəmə araşdırması zamanı müzakirəyə çıxarılacaq.
Daha sonra Əvəz Zeynallının vəkil Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib. Vəkil məhkəmə proseslərində təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılmasını, müdafiəçiləri ilə yanaşı əyləşmələrinin təmin edilməsini istəyib. Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin heç biri təhlükə mənbəyi deyil.
Fəxrəddin Mehdiyev həmçinin cinayət işinə xitam verilməsi barədə vəsatət verib. O bildirib ki, təqsirləndirilən şəxslərin ittihamı əsaslı deyil.
Prokuror vəsatətlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, sübutlar qanini yolla əldə edilib, heç bir sübut qanunsuz deyil. Prokuror cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti əsassız hesab edib.
Məhkəmə cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət o rədd edib.
Daha sonra Əvəz Zeynallının vəkili müvəkkilinin ev dustqlığına buraxılması ilə bağlı vəsatət verib.
Sonda vəkillərin məhkəmə zalının dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilib. Hakim bildirib ki, növbəti proses daha böyük zalda keçiriləcək.
Daha sonra prosesdə bildirilib ki, cinayət işinin təqsirləndirilən şəxs Elnur Şükürovla bağlı hissəsində Bakının Sabunçu rayon icra başçısı Adil Vəliyev, Suraxanı rayon icra başçısı Əziz Əzizov və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb.
Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.
İş üzrə hazırlıq iclası başa çatıb və məhkəmənin baxış iclası aprelin 10-a təyin olunub.
Qeyd edək ki, Baş Prokurorluğun istintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar