Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü

Tarix: 03-05-2017 09:08     Baxış: 4261 A- / A+
Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü


Ötən ilin avqustunda «qanuni oğru» Rövşən Canıyevin(«Lənkəranski») qətlində iştirak edən killer Sankt-Peterburqda öldürülüb.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bu sensasion məlumatı Rusiya KİV-i yayıb. Məlumatda deyilir ki, «Lənkəranski»nin qətlində iştirakı şübhə doğurmayan Cabir Həsənov aprelin 28-də Leninqrad prospekti 42-də öldürülüb. Qətlə yetirilən 42 yaşlı Cabir Həsənov bir neçə dəfə Azərbaycanda məhkum həyatı yaşayıb. Azadlığa isə üç il əvvəl çıxıb və Rusiyaya gedib. Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak etdiyi üçün barəsində axtarış elan olunubmuş. Onun saxta sənədlə Türkiyə və Ukraynada gizləndiyi məlum olub. Öldürüləndə də üstündə Cümşü Həsənov kimi qeyd edilən saxta sənəd tapılıb.

Qətlə yetirilənin pasport qeydlərinin araşdırılması zamanı üzə çıxıb ki, «Lənkəranski» yə sui-qəsd olanda o, Türkiyədə olub.

Bildirilir ki, Cabir Həsənov cəzasını azərbaycanlı «qanuni oğru» Nadir Səlifovun(«Lotu Quli») saxlandığı 8 saylı həbsxanada çəkib. Rusiya KİV-nin iddiasına görə, «Quli» ilə yaxın münasibəti olub.

Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini daha çox qulağı kəsilərək şəkili və videosu yayılan Rafiq Eyvazovun(«Rafiq Masallinski») intiqamı kimi izah edir. Məlumata görə, «Rafiq Masallinski» bu qətldən sonra yaxın ətrafına «sırada daha 6 nəfər qaldı» deyib. Bu, isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar