Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əri işdə olan qadını azyaşlı uşağının yanında zorlamaq istədi - ŞOK TƏFƏRRÜAT

Tarix: 22-02-2023 21:03     Baxış: 179 A- / A+

Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Yaşar üç uşaq anası Fəridəyə (adlar şərti verilib -  red.) təcavüz edib.

Hadisə 22 iyun 2021-ci ildə baş verib. Yaşar həmin gün saat 08:55-də Fəridəyə zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədi ilə özü ilə çəngəl və dırnaq təmizləyən alət götürərək onun yaşadığı mənzilin giriş qapısına gəlib. Yataq otağında çarpayıda uzanaraq yatan Fəridənin köməksiz vəziyyətindən istifadə edib, onunla zorla cinsi əlaqədə olmaq istəyib.

Özü ilə gətirdiyi çəngəl və dırnaq təmizləyən aləti hər iki əlində tutaraq çarpayıda yatmış Fəridəyə yaxınlaşıb.

Çarpayıda yatan qadının evinə girdi

Fəridə oyandıqda Yaşar çəngəl və dırnaq təmizləyən alətlə ona hədə gəlib, cinsi əlaqədə olmaq niyyətini bildirib. Qadın qışqırmaq istəyərkən əlində tutduğu alətlə zor tətbiq edib, onun ağzını yumub.

Çarpayıdan qalxmaq istəyən Fəridəyə qarşı zorakı hərəkətlərini davam etdirib, onun müqavimətini qırmağa çalışıb, ona bədən xəsarətləri yetirib.

Fəridə qışqıraraq köməyə adam çağırıb və Yaşarın qarın nahiyəsindən təpiklə vurmaqla özündən kənarlaşdırıb.

İstintaq orqanı tərəfindən Yaşarın barəsində Cinayət Məcəlləsinin 29,149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

“Polisə pul verdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyunun 17-də saat 12 radələrində Bərdə şəhərindən Bakı şəhərinə gəlib və qeyri-rəsmi yaşadığı Vəfa adlı qadının evində təxminən 3 gün qalıb:

“Ət mağazam olduğu üçün iyunun 22-də Bərdə rayonundan Bakıdakı mağazam üçün ət göndərməli oldum. Buna görə də saat 05:40-da taksi ilə Hövsan qəsəbəsindən “Neftçilər” metro stansiyasının yaxınlığına gəldim. R.Rüstəmov küçəsinə gələrək binanın qarşısında söhbətgahda oturaraq gözlədim. Təxminən 10 dəqiqə sonra əyləşdiyim yerə üzərində 2462 nömrəsi yazılmış Post Partul Xidməti avtomobili yaxınlaşdı.

Avtomobildən düşən polis əməkdaşı mənə yaxınlaşaraq tibbi maskadan nə üçün istifadə etmədiyimi, nəyə görə orada dayandığımı və üzərimdə nə olduğunu soruşdu. İşimlə əlaqədar həmin ünvanda olduğumu, “8-ci kilometr” bazarının saat 9-da açılması səbəbi ilə gözlədiyimi bildirdim. Sonra polis əməkdaşı üzərimi əli ilə yoxlamağa başladı. Həmin polis əməkdaşına 7 manat verdikdən sonra getdi”.

“Binanın blokuna girdim”

Yaşarın sözlərinə görə, bundan təxminən 10 dəqiqə sonra digər polis maşınının onun olduğu istiqamətə gəldiyini görüb və yenidən polis əməkdaşlarının ondan tibbi maskadan nə üçün istifadə etmədiyini soruşacaqlarından ehtiyatlanıb, ətrafdakı binanın blok hissəsinə daxil olub:

“Məqsədim polis əməkdaşlarından gizlənmək idi. Əlimdə içərisində əşyalar olan çanta vardı. Binanın ikinci mərtəbəsinə qalxaraq blokun pəncərəsindən binanın həyətinə baxdım. Həyətdə heç bir şey görmədikdə təxminən bir-iki dəqiqədən sonra yenidən birinci mərtəbəyə düşdüm.

Birinci mərtəbədə polis avtomobilinin səsini eşitdim, avtomobilin getdiyinə əmin olduqdan sonra həyətə çıxdım, əvvəl oturduğum yerə döndüm. Söhbətgahda çörək qırıntılarını göyərçinlərə və pişiyə atdıqdan sonra yaxınlıqda olan mağazaya yollandım. Siqaret və su aldım, geri qayıtdım. Əynimdəki köynək ağ olduğuna görə bazarda iş görən zaman çirklənməməsi üçün həmin köynəyi sellofan torbanın içərisindəki digər köynəklə dəyişdim.

Yenidən mağazaya getdim, danışıq kartları, bir də su alaraq söhbətgaha qayıtdım”.

“Bazarlıq edib, qadının evinə getdim”

Yaşar qeyd edib ki, bir qədər sonra həmin blokdan təxminən 40 yaşlı, üzü saqqallı kişinin çıxdığını görüb:

“O, yaxınlaşaraq məndən siqaret istədi, ona 3 ədəd siqaret verdim. Həmin şəxs məndən uzaqlaşaraq yenidən bloka daxil oldu. Təxminən 5-10 dəqiqə sonra yenidən həmin bloka daxil oldum, əlimdəki sellofan torbanı blokun giriş qapısının sol hissəsindəki iki daşın arasına qoyaraq oradan uzaqlaşdım.

Mobil telefonla adını “Cuku” kimi qeyd etdiyim şəxsə zəng edərək ət almaq istədiyimi bildirdim. O, kəsimin olmadığını dedi. “8-ci kilometr” bazarında işləyən Abdulla adlı şəxsə zəng vuraraq ona ətin olmadığını bildirmək istədim. Onun mobil telefonuna zəng çatmadığını görüb bazara girdim. Bazarlıq edib tanışım Vəfanın Hövsan qəsəbəsindəki mənzilinə getdim”.

“Şər, böhtandır”

Yaşar bildirib ki, zərərçəkmiş Fəridəni əvvəllər tanımayıb: “Yalnız saxlanıldığım gün onu görmüşəm. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində ona seksual xarakterli hərəkətlər etdiyim deyildi.

Fəridəyə qarşı seksual xarakterli hərəkətlər etməyim, onunla zorla cinsi əlaqədə olmaq istəməyim tam şər, böhtandır. Ya da Fəridə məni kiminləsə səhv salır. 24-cü Polis Şöbəsində döyülmüşəm, mənə qarşı fiziki və psixi təsir göstərilib”.

“Susmağımı tələb etdi”

Cinayət işi üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, Əli ilə ailəlidir, eyni mənzildə qayınatası, qayınanası, üç övladı ilə yaşayırlar:

“İyunun 22-də səhər saat 08:45-də mənzilin giriş qapısının sol tərəfində olan yataq otağında çarpayıda yanımda azyaşlı övladım Əsmərlə birlikdə yatmışdım, digər övladlarım Samirə və Mahir isə digər yataq otağında yatmışdılar.

Qəfil eşitdiyim ayaq səslərinə yuxudan oyandım, gözlərimi açdıqda çarpayının yanında gözündə qara rəngli eynəyi, təxminən 160-165 sm boyu olan, əvvəllər tanımadığım, heç vaxt görmədiyim, təqribən 40 yaşlarında, orta bədən quruluşlu, 1 əlində çəngəl, digər əlində isə dırnaq sürtən  olan bir kişi dayanmışdı.

O, şalvarını soyunmuş halda mənim yatmış vəziyyətdə olmağımdan istifadə edərək çarpayıya tərəf yaxınlaşdı. Mənim onu gördüyümü hiss etdi, məndən susmağımı tələb etdi”.

“Qaçaraq getdi”

Zərərçəkmiş şəxsin sözlərinə görə, Yaşar tam yaxınlaşdıqda əlində olan alətləri ona tutaraq qəribə səs çıxarıb:

“Sanki bununla mənə cinsi əlaqədə olmağı təklif edirdi. Həmin an qışqırmaq və köməyə adam çağırmaq istədim. O, sağ əlində olan alətlərdən birini sol əlinə keçirdi, sağ əli ilə ağzımı yumdu. Mən uzandığım çarpayıdan qalxmaq üçün var qüvvəmlə təkan verdim.

Yaşar əlimi ağzından çəkərək mənim sol qolumdan tutub sıxmağa başladı. Özümü toparlayıb onun qarın nahiyəsindən təpiklə vurdum. Əlində olan iti uclu dırnaq təmizləyən çarpayının üzərinə düşdü. Yanımda yatmış Əsmər səsimə oyandı, ağlamağa başladı. Mən də uca səslə qışqırmağa davam etdim. Yaşar qaçaraq evdən getdi”.

“Mənə xəsarət yetirib”

Zərərçəkmiş qeyd edib ki, daha sonra polisə məlumat veriblər:

“Baş vermiş hadisədən sonra iyunun 23-də Nizami Rayon Polis İdarəsində şüşə arxasından təqdim olunmuş 3-4 nəfər şəxsin arasında mənə qarşı təcavüz etmiş şəxsi tanıyaraq göstərdim. Hadisə zamanı qayınatam səhər tezdən işə getdiyinə, qayınanam hava almaq məqsədilə küçəyə çıxdığına, həyat yoldaşım isə işi ilə əlaqədar evdə olmadığına görə mənzildə yalnız azyaşlı övladlarım və mən qalmışam. Hadisə zamanı mənə sol qolumdan və əlimdən xəsarət yetirilib”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Yaşar 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Yaşarın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Yaşarın müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib. teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar