Sizin Reklam Burada
Xəbər lenti
09-11-2026
08-11-2026
07-11-2026
BÜTÜN XƏBƏRLƏR

Arvadının qətlini sifariş verən iş adamı və killer barədə qərar verildi

Tarix: 29-04-2017 12:13     Baxış: 4311 A- / A+
Arvadının qətlini sifariş verən


Bakı Apellyasiya Məhkəməsində arvadının ölümünü sifariş verməkdə təqsirləndirilən Rüstəm Rzayev və qətli törədən Elşad Həsənovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən ilin yanvar ayında baş verib. Rüstəm Rzayev arvadı Sevil Rzayeva ilə boşanmaq üçün məhkəməyə müraciət edib. S.Rzayeva həyat yoldaşından əmlakın yarısını tələb edib. R.Rzayev qazancını arvadı ilə bölmək istəmədiyi üçün onu öldürtmək qərarına gəlib. Bunun üçün Elşad Həsənovla razılaşıb və ona arvadını öldürməsi qarşılığında 2 min manat ödəyib. E.Həsənov da S.Rzayevanı qaldığı mənzildə qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəm Rzayev və qətli törədən Elşad Həsənovun hər ikisi 16 il azadlıqda məhrum ediliblər.

Xatırladaq ki, Rüstəm Rzayev iş adamıdır. Bakıda bir neçə obyekti var.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar